Ümumrusiya Azərbaycanlıları Konqresi və Azərbaycanın Rusiyadakı səfirliyi soydaşlarımıza aprelin 20-də bayırda az olmağı tövsiyyə edib.
Ümumrusiya Azərbaycanlıları Konqresi və Azərbaycanın Rusiyadakı səfirliyi soydaşlarımıza aprelin 20-də bayırda az olmağı tövsiyyə edib. Bunu ANSPRESS-ə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin idarə rəisi Şakir Səlimov verib. Onun sözlərinə, Rusiya hüquq-mühafizə orqanları da neofaşistlər tərəfindən təxribatların törədilməməsi üçün tədbirlər görür. Şakir Səlimov bildirib ki, bazarlarda işləyən soydaşlarımıza da məsləhət görülüb ki, ticarətlə yalnız günün birinci yarısında məşğul olsunlar və günortadan sonra evlərinə getsinlər: «Amma azərbaycanlılar təkcə bazarlarda işləmir. Rusiiyada 2 milyona yaxın soydaşımız var. Onlardan müxtəlif təşkilatlarda, firmalarda çalışanlar da var. Şənbə və bazar iş günü olmadığından onlar bu gün işləmirlər». Şakir Səlimov hesab edir ki, bu gün Rusiyada heç bir ciddi hadisə baş verməyəcək. Qeyd edək ki, neonastist çıxışlardan ehtiyatlaranan Seçenov adına Tibb Akademiyasının rəhbərliyi əcnəbi tələbələrin üç gün ərzində yataqxanalardan çıxmasını qadağan edib. Son illər ərzində Rusiyada irqçilik geniş yayılıb. Hücum obyetkləri əəsasən əcnəbilər, xüsusilə, qarabuğdayı insanlar olur. «Sova» hüquq mudafiə mərkəzinin hesablamalarına görə, 2006-cı ildə milli zəmində çıxışlar nəticəsində 53 nəfər öldürülüb, 460 əcnəbi isə xəsarət alıb.
|