Dünən Belqradda «Avroviziya-2008» mahnı müsabiqəsinin yarımfinalında çıxışların ardıcıllığı müəyyənləşdirilib
Püşkün nəticəsinə görə, birinci yarımfinal qrupunda olan Azərbaycan yarışa 7-ci sıradan başlayacaq.
Birinci yarımfinal qrupunda çıxışların ardıcıllığı belədir: Çernoqoriya, İsrail, Estoniya, Moldova, San-Marino, Belçika, Azərbaycan, Sloveniya, Norveç, Polşa, İrlandiya, Andorra, Bosniya və Hersoqovina, Ermənistan, Niderland, Finlandiya, Rumıniya, Rusiya, Yunanıstan.
İkinci yarımfinal qrupu: İslandiya, İsveç, Turkiyə, Ukrayna, Litva, Albaniya, İsveçrə, Çexiya, Belarus, Latviya, Xorvatiya, Bolqarıstan, Danimarka, Gürcüstan, Macarıstan, Malta, Kipr, Makedoniya, Portuqaliya.
Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və Serbiya mahnı yarışına birbaşa finaldan başlayır. Serbiya paytaxtında düzənlənəcək mahnı müsabiqəsinin qalibi mayın 24-də bilinəcək.
1956-cı ildən keçirilən «Avroviziya» beynəlxalq mahnı müsabiqəsində Azərbaycan nümayəndəsinin iştirakına 2007-ci il oktyabrın 15-də icazə verilib.
2008-ci il fevralın 2-də «Avroviziya-2008»də Azərbaycanı təmsil edəcək müğənnini seçmək üçün keçirilən milli finalda münsiflər heyətinin qərarı ilə gənc ifaçı Elnur Hüseynov və Samir Cavadzadə qalib elan
|