Artıq neçə müddətdir eynəkdə görünən Flora Kərimovanı nəhayət ki, yay aylarında eynəksiz görəcəksiniz. Bu barədə «Sarı»ya açıqlama verən müğənni yaradıcılığında baş verən yeniliklərdən danışıb: «Bütün fikirlərimi cəmləşdirib klip çəkilişlərinə başlayacağam. İlk öncə Kamalın musiqisinə klip çəkiləcək. Repertuarıma yeni bir nəfəs gətirmək istəyirəm».
Sənətçi gözündən uğursuz əməliyyat əməliyyat olduğunu da bildirib: «Sol gözüm məni həddən artıq incidir. Səhhətimlə bağlı Türkiyənin İstanbul şəhərinə yola düşəcəyəm. İşıqlı dünyaya qara eynəklə baxıram. Ürəyim az qala partlayır. Mən gözlə oxuyan müğənniyəm. Hissiyyatımı mahnıda gözlə ifadə edirəm. Hesab edin ki koram».
Sevdimali_Pervin.