Xalq artisti, Şərqdə ilk ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundovanın səhhətində problem yaranıb.
ANS PRESS-in məlumatına görə, bəstəkar dünən günorta saatlarında Mərkəzi Klinik Xəstəxananın kardioloji şöbəsinə gətirilib. Kardioloji şöbənin müdiri Əli Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, bəstəkarın sağ qol sümüyünün çiin hissədən sınığı və hipertonik kriz diqanozu ilə daxil, dünən reanimasiyaya yerləşdirilsə də bu gün palataya köçürülüb. Hazırda vəziyyəti ağır stabildir.
Xatırladaq ki, Şəfiqə Axundova mart ayının 25-də də yıxılaraq ayağını əzmişdi. Bəstəkar 1924-cü ildə Şəkidə anadan olub.
Sevdimali_Pervin.
|