Main » 2008»Aprel»14 » Aygün "Popstar Alaturka"da dördüncü oldu
Aygün "Popstar Alaturka"da dördüncü oldu
15.55
Həftəsonu səsvermə nəticəsində Aygünün müsabiqədə iştirakına son qoyulub.
Azərbaycanlı Aygün Türkiyənin “Star” televiziya kanalında yayımlanan “Popstar Alaturka” yarışmasını dünən tərk edib. Belə ki, həftəsonu səsvermə nəticəsində Aygünün müsabiqədə iştirakına son qoyulub. Bundan sonra yarışmada üç nəfər qələbə uğrunda mübarizə aparacaq. Xatırladaq ki, Azərbaycanda keçirilən “Azəristar” yarışmasının iki iştirakçısı Ülviyyə və Aygün yarışmada iştirak hüququ qazansalar da, Ülviyyə müsabiqənin ilkin mərhələlərində müsabiqəni tərk etmişdi. Aygün isə türklərin rəğbətini qazanaraq mübarizəsini davam etdirirdi. Dünən Aygünün məğlub olmasına isə daha çox münsifər heyətinin üzvü Armağan Çağlayan sevinib. Tamaşaçılarla vidalaşan Aygün son olaraq “Kaçak” türk xalq mahnısını ifa edib.