Martın 2-də güllə yarası almış polis əməkdaşı Tiqran Abqaryan bu gün reanimasiya şöbəsində ölüb.
İrəvanda martın 1-də və 2-də baş vermiş iğtişaşlar zamanı həyatını itirənlərin sayın 9-a çatıb. Ermənistan polisinin mətbuat xidmətindən verilən məoumata görə, iğtişalar zamanı güllə yarası alan və uzun müddət reanimasiya şöbəsində müalicə olunan polis əməkdaşı Tiqran Abqaryan bu gün ölüb. Polisin məlumatına deyilir ki, həkimlər martın 2-dən indiyədək onun həyatını xilas etməyə çalışsa da, bu, mümkün olmayıb. Xatırladaq ki, İrəvanda hüquq-mühafizə orqanlarının müxalifətin etiraz aksiyasına müdaxiləsi nəticəsində 8 nəfər ölmüş, 265 nəfər yaralanmışdı.
|