19 yaşlı Zaur Xəlilov yaşadığı həyətdəki yarımçıq tikilidən özünü asıb.
Şəki rayonunda intihar hadisəsi baş verib. Şəki rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Şəki kəndin sakini 1989-cu il təvəllüdlü Zaur Zeynal oğlu Xəlilov yaşadığı həyətdəki yarımçıq tikilidə özünü asıb. Onun hansı səbəbdən özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb
|