Amerikanın «People» jurnalı 2007-ci ilin ən cazibadar kişilərinin siyahısını tərtib edib. Siyahıya başçılığı Hollivud aktyoru Mett Deymon edir.
Lakin 37 yaşlı aktyor isə bundan narazı qalıb və bu yerə ən yaxşı namizəd olmadığını bildirib. «Əgər məndən soruşsa idilər, mən bu rola Tom Bredi göstərərdim. Onun da mənim kimi mavi gözləri var, ancaq o məndən daha hündür və daha yaraşıqlıdır».
Qeyd edək ki, siyahıdakı 14 kişinin əksəriyyəti aktyordur. Yalnız sonunucu yeri tutan Castin Timberleyk musiqiçidir.
1. Mett Deymon 2.Patrik Dempsi 3. Rayan Reynolds 4. Bred Pitt 5. Ceyms Makevoy 6. Conni Depp 7. Deyv Annebl 8. Uill Smit 9. Xavyer Bardem 10.Şemar Mur 11. Ben Afflek 12. Adrian Qrener 13. Uill Yun Li 14.Castin Timberleyk
|