Əllərin dərisi hər fəsildə qulluq tələb edir, çünki fəsillərdən asılı olaraq dəridə müxtəlif problemlər üzə çıxır.
Çoxumuz əllərimizə çox fikir vermirik, vaxtlı-vaxtında qulluq etmirik və unuduruq ki, əllər də qayğı tələb edir, bu qayğını əsirgəyəndə əllər də öz gözəlliyini itirir. Daha çox üz dərisinin qayğısına qalırıq, ancaq əllərimizin təravətini itirməsindən yaşlanmağımız daha çox bəlli olur. Əllərin dərisi hər fəsildə qulluq tələb edir, çünki fəsillərdən asılı olaraq dəridə müxtəlif problemlər üzə çıxır. Məsələn, yay aylarında uzun müddət günəş şüasına məruz qalan əllərin dərisində ləkələr meydana çıxır. Dəniz suyu, külək, soyuq hava, uzun müddət torpaq işləri görmək... bütün bunlar əllərinizdəki nəmliyi aparan faktorlardandır.
Dərisi quruyan əllər üçün
Tərkibində şirin badam yağı olan kremlərlə əlləri masaj etmək lazımdır. Şirin badam dərini yumşaldır, xoş və yüngül ətirə malikdir.
Əllərinizi badam yağı ilə masaj etmək üçün aşağıdakı qaydaları mərhələ-mərhələ yerinə yetirmək məsləhətdir:
1. Əllərinizi sabunla yuyun. İri bir qaba isti su töküb barmaqlarınızı, ovcunuzun içini bir neçə dəqiqə masaj edin. Barmaqlarınızı aşağıdan yuxarıya doğru bir-bir yumşaqca sıxın. Sonra da silin.
2. Əllərinizi yaxşıca sildikdən sonra şirin badam yağı qarışığını əllərinizin üzərinə, daha sonra barmaqlarınıza sürtün və 10 dəqiqəyədək qurumasını gözləyin.
3. 10 dəqiqə sonra əllərinizi ilıq su ilə yuyun, ya da nəmli bir parça ilə silin.
4. Bütün bu əməliyyatları tamamladıqdan sonra dırnaqlarınıza və dırnaqlarınızın dibinə dırnaq məlhəmi vuraraq masaj edin.
Yaşlılıq ləkələrinə buz terapiyası
Əllərdə yaşlılıqla bağlı meydana gələn ləkələrə qarşı bəzi maddələr məsləhət görülür. A və C vitaminləri və s.. Bunlar ləkələrin qarşısını almaqla yanaşı, həm də ləkələrin rəngini açır.
Əgər əlləriniz çox qurudursa, fındıq və avokado yağı qarışdırılmış çobanyastığından və ya gül yağından istifadə edə bilərsiniz.