Dünyanın müxtəlif bölgələrinin özünəməxsus bəzi qayda-qanunları insanı təəccübləndirməklə yanaşı, həm də güldürür.
İnanırıq ki, belə qaydalarla tanışlıq sizin üçün də maraqlı olacaq: - Böcəklər də daxil olmaqla heç bir canlının öldürülməsinə icazə verilməyən ABŞ-ın Arkanzas ştatında ərin arvadı ayda bir dəfə döyməsinə normal baxılır. Bu bölgədə həyat yoldaşını ayda bir dəfədən artıq döymək isə qadağandır. - Kaliforniyanın Sakit okean sahillərində kəpənəklərin narahat edilməsinə icazə verilmir. - Kanadada yağış yağanda çəmənlikləri sulamaq olmaz. Kanadanın Kanata bölgəsində qapı və pəncərələr mütləq çəhrayı boya ilə boyanmalıdır. - Bazar günləri İsveçrədə camaşır asmaq, Şotlandiyada isə balıq tutmaq qadağandır. - Sinqapurda metroda saqqız çeynəyən həbs olunur. - Danimarkada avtomobilinin qarşısına at arabası çıxan şəxs maşınını kənara çəkmək məcburiyyətindədir. - Kanadanın Oşava ştatında ağaca çıxmaq, Ottava şəhərinin Bank Strit küçəsində dondurma yemək, Toronto şəhərinin Yonq küçəsində isə bazar günləri ölü atları sürüyərək aparmaq qadağandır. - Avstraliyanın Viktorio ştatında bazar günləri çəhrayı şalvar geymək qadağandır. Eyni ölkədə azyaşlıların siqaret alması qadağandır, ancaq çəkməsi sərbəstdir. - ABŞ-ın Ohayo ştatında polislər itləri xəbərdarlıq etmək məqsədilə dişləyə bilərlər. - Pensilvaniyada hamamda mahnı oxumaq və qapısı açıq olan soyuducunun qarşısında yatmaq, Oklohomada ayaqqabı ilə yatmaq, Nyu-Cersidə şorbanı səsli içmək qəti qadağandır. - İndianada vətəndaşların kiminsə dalınca danışmasına, bərbərlərin uşaqların qulağını kəsməsinə icazə verilmir. - İndiana ştatında meymunların siqaret çəkməsi və teatra getməmişdən 4 saat əvvəl sarımsaq yemək qadağandır.