Plastik qab və stəkanlar sağlamlığın düşmənidir
Plastik qab və stəkanlar bu gün məişətimizə elə daxil olub ki, onlarsız mətbəximizi təsəvvür etmək mümkün deyil.Çay, qəhvə, həmçinin müxtəlif yeməklər zamanı istifadə edilən plastik stəkan və qablar isti maddə ilə reaksiyaya girir və mayenin içərisinə xərçəng xəstəliyi törədən maddələr buraxır. Məlumdur ki, kimyəvi maddələr və bakteriyalar qidalar, eləcə də içkilər üçün çox təhlükəlidir. Ona görə də belə qab və stəkanlarda uzun müddət isti yemək və ya maye saxlamaq xərçəng təhlükəsi ilə üz-üzə qalmaq deməkdir. Temperaturu 70 dərəcədən çox və tərkibində turşu olan mayelər üçün plastik stəkanlar və qablar təhlükə mənbəyidir. Çox isti və qazlı içkilər üçün bu stəkanlardan istifadə etmək məqsədəuyğun deyil. Belə məişət əşyaları daha çox isti olmayan su və ya qidalar üçündür. Ümumiyyətlə, plastik qab və stəkanlardan mümkün qədər az istifadə etmək məsləhətdir.
|