Müğənni Aynur Dadaşovanın repertuarını son illər yüngül mahnılar və meyxanaçılarla duetlər təşkil edib. TrendLife-ın müxbiri ilə söhbətində musiqili proqramına ağırlıq gətirmək istədiyini deyən müğənni əlavə etdi ki, xalq mahnılarını gözdən keçirir. Repertuarını klassikləşdirməyi düşünən müğənni bir müddət bu üslubda oxuyacağını vəd etdi. Paralel olaraq, müğənninin repertuarını bir yeni duet təşkil edəcək. Müğənni fanatları üçün meyxana ifaçılarından biri ilə daha bir duet oxuyacağını diqqətə çatdırdı. Mahnının hazır olduğunu əlavə edən sənətçi xanım onu «Mənə nə» adlandırıldığını söylədi. Onun duet ortağı bu dəfə Rəşad Dağlıdır. Qismət olsa, cütlük birgə layihəni ekranlaşdırmağı da düşünür.