Main » 2008»Mart»18 » Xalq artisti Flora Kərimova qızı üçün çox darıxır.
Xalq artisti Flora Kərimova qızı üçün çox darıxır.
16.19
Xalq artisti Flora Kərimova qızı üçün çox darıxır.
Xalq artisti Flora Kərimovanın gözünün ağı-qarası olan qızı Zümrüd ailə həyatı qurandan sonra İngiltərədə yaşayır. Əvvəllər qızından bircə gün olsun belə ayrı qala bilməyən Flora xanım, onun üçün çox darıxdığını deyir: «Biz tez-tez telefon əlaqəsi saxlayırıq, bir-birimizdən xəbər tuturuq. Zümrüd mənim, mən isə onun uğurlarına sevinirəm. Amma anayam. Ürəyim onsuz darıxır. Qızımdan ayrı qalmaq mənə çox çətindir. Təkcə bir təsəllim var. Zümrüd özünü xoşbəxt hiss edir. Mən də onun xoşbəxtliyinə sevinib, həyat ilə barışmalı oluram». 18.03.08