Rəssam Mərdəkanda ailə qəbiristanlığında torpağa tapşırılıb
Azərbaycanın mədəniyyətinə daha bir itki üz verib. Dövlət mükafatl laureatı, xalq rəssamı Maral Rəhmanzadə 91 yaşında vəfat edib. Yaxınları, iş yoldaşları və mədəniyyət nümayəndələri bu gün onu son mənzilə yola salıblar. Rəşid Behbudov adına mahnı teatrında onunla vida mərasimi keçirilib. Rəssam Mərdəkanda ailə qəbiristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin!
|