Onun əlavə BMW, “Hammer” və “Lexus”u da var .Yerli telekanallardakı layihələrin birində iki musiqili dueldə iştirak edəndən sonra şəhərdə belə şayiələr yayılmışdı ki, müğənni Natəvan Həbibi SMS-lərə çox pul xərclədiyindən müflis olub. Onun bu səbəbdən hətta maşınlarından birini satmağa məcbur olduğu da deyilirdi. Hətta dəqiq rəqəm də göstərilirdi. Bildirilirdi ki, Natəvan bankların birinə 58 min dollar borclu olduğu üçün bank onun maşınlarından birini guya əlindən alıb. Lakin bu şayiələr özünü doğrultmayıb. “Heç bir borcdan söhbət gedə bilməz. Bunların hamısı yalandır. Üstəlik, mən daha bir maşın - 130 min dollara “Mercedes Gelendwagen” markalı cip almışam. Qoy bu şayiəni yayanlar sakitləşsinlər. Mənim indi 4 maşınım var, borcum isə yoxdur” - deyə N.Həbibi day.az-a açıqlamasında bildirib. Müğənninin sözlərinə görə, onun təzə maşından əlavə BMW, “Hammer” və “Lexus” markalı avtomobilləri də var. 16.03.2008