Müğənni həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edib
Azərbaycanın xalq artisti Niyaməddin Musayevin ailəsində problem yaranıb. APA-nın məlumatına görə, xalq artisti ilə həyat yoldaşı Südabə Musayeva arasında yaranmış narazılıq onların boşanmaq üçün məhkəməyə müraciət etməsi ilə nəticələnib.
Tərəflər əvvəlcə boşanmaq üçün iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etsələr də, sonradan işə bu məhkəmədə baxılmaması ilə bağlı şikayət veriblər. Apellyasiya Məhkəməsi şikayəti təmin edərək, işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərib.
Nizami rayon Məhkəməsindən APA-ya faktı təsdiqləyiblər. Məhkəmədən artıq şikayətin icraata götürüldüyünü və yaxın günlərdə işə baxılacağını deyiblər.
N. Musayev isə açıqlamasında baş verənləri “boş söz-söhbət” adlandırıb və bu barədə danışmaq istəməyib.
|