Ramil Səfərov Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib
Erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Azərbaycan ordusunun zabiti Ramil Səfərovun bu gün ailəsi ilə telefon danışığı olub. Bu barədə ANS PRESS-ə R. Səfərovun atası Sahib Səfərov məlumat verib. Zabitin atası bildirib ki, R. Səfərov qarşıdan gələn Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. S. Səfərovun sözlərinə görə, R. Səfərov şikayətinin olmadığını bildirib.
Qeyd edək ki, Ramil Səfərov erməni zabit Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinərək, Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Budapeşt Şəhər Apelyasiya Məhkəməsi 22 fevral 2007-ci ildə hökmü qüvvədə saxlayan qərar çıxarıb.
|