Main » 2008»Mart»15 » Tükəzban İsmayılovanın səhhəti stabildir
Tükəzban İsmayılovanın səhhəti stabildir
10.49
Mərkəzi Klinik Xəstəxanada müalicə edilən xalq artisti Tükəzban İsmayılovanın vəziyyəti stabildir. Bu barədə məlumatı ANS PRESS-ə xalq artistinin həkimi verib. Həkimin sözlərinə görə, xalq artistinin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Qeyd edək ki, 85 yaşlı Tükəzban İsmayılova martın 6-da Mərkəzi Klinik Xəstəxanada çanaq-bel sümüyündən əməliyyat edilib.