Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» qətnamə layihəsi BMT Baş Assambleyasında qəbul edilib
«Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» qətnamə layihəsi BMT Baş Assambleyasında qəbul edilib. Qətnamədə Azərbaycan ərazilərindən Ermənistan qüvvələrinin dərhal, danışıqlarsız və qeyri-şərtsiz çıxarılması tələbləri irəli sürülür. Sənəddə Azərbaycan BMT-yə üzv ölkələri işğal olunmuş ərazilərdən qovulmuş əhalinin hüquqlarını təsdiq etməyə, onların öz evlərinə dönməsinin və münaqişə zamanı ziyan dəymiş ərazilərin əhatəli bərpasının zəruriliyini qeyd etməyə və BMT-ni öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ ərazisində effektiv demokratik sistemin yaradılmasını dəstəkləməyə çağırır.
|