Ailəsi tərəfindən evdən qovulan qız küçələrdə gecələyir
18 yaşlı Qərənfil Məmmədovanı anası və atalığı xaricə satmaq istəyib. Bu barədə ANS TV-nin əməkdaşı ilə söhbətində Qərənfil Məmmədova özü bildirib. O qeyd edib ki, atası öləndən sonra ərə gedən anası ərinin təkidi ilə onu küçəyə atıb. Qərənfilin sözlərinə görə, atalığı onu yaşlı və pullu bir adama ərə vermək istəyib. O isə telefonda tanış olduğu Vüsal adlı gənci sevdiyindən ona qoşulub qaçıb. Onların evliliyi altı gün sürüb. «Pul qoyub çıxıb getmişdi. Gəldim evə. İbad-atalığım məni söyməyə başladı. Əlimi dağlayırdılar», -deyən Qərənfilin sözlərinə görə, atalığı ona daim işgəncələr verib, əlini-ayağını dağlayıb, başını qırxıb.
Qərənfilin həm doğma anası, həm də atalığına qarşı daha ciddi ittihamları da var. Qız bildirib ki, iki dəfə xaricə satmağa cəhd göstəriblər. Amma şəxsiyyət vəsiqəsi olmadığından iş baş tutmayıb. Qeyd edək ki, bundan sonra Qərənfil tamamilə küçəyə qovulub və bundan sonra tikintidə, bloklarda gecələməli olub. Yalnız bir neçə ay bundan əvvəl metronun 28 may stansiyası yaxınlığında bir qadına rast gəlib və həmin qadın onu kirayə qaldığı evinə aparıb. /ANS TV/
|