Fətulla Gülən bəraət aldı Türkiyənin Ali Məhkəməsi ölkənin ən nüfuzlu din xadimi, hazırda ABŞ-da yaşayan Fətulla Gülənə qarşı irəli sürülmüş bütün iddiaları əsassız sayaraq ona bəraət verib. F.Gülən 8 il əvvəl Ankaradakı 2 saylı Dövlət Təhlükəsizlik Məhkəməsində "dünyəvi dövlət quruluşunu dəyişdirərək dini qanunlara əsaslanan dövlət qurmaq məqsədilə qanunsuz mütəşəkkil təşkilat yaratmaq"da suçlanmış, onun haqqında qiyabi həbs qərarı çıxarılmışdı. Bülənd Ecevitin baş nazir olduğu dönəmdə verilən əfv fərmanını məhkəmə F.Gülənə də tətbiq istəsə də, din xadiminin vəkilləri prosesin başa çatdırılmasını və müvəkillərinə tam bəraət verilməsini istəmişdilər. Bundan sonra Ankaradakı 11 saylı Ağır Cəza Məhkəməsi F.Gülənin işinə yenidən baxmışdı. Prosesdə prokuror Fətulla xocanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, hakim 2006-cı ilin mayında F.Gülənə bəraət vermişdi. Ali Apellyasiya Məhkəməsi isə dünən bəraət qərarını təsdiqləyib. Bu isə Fətulla Güləninin illərdən bəri məcburi sürgündə olduğu ABŞ-dan vətənə qayıtması qarşısında artıq heç bir əngəl qalmaması deməkdir.