Main » 2008»Mart»8 » İnternetin porno tələsi gəncləri özünə çəkir
İnternetin porno tələsi gəncləri özünə çəkir
22.04
“Gənc Liderlər” Uşaq Təşkilatı uşaqların internetdən hansı məqsədlərlə istifadə etdiyini öyrənmək məqsədilə məktəb yaşlı yeniyetmələr arasında sorğu keçirib. 220 respondentin iştirak etdiyi sorğuya Bakının müxtəlif məktəblərinin şagirdləri qoşulub. 220 respondentdən 169-u internetdə porno fayllarla məşğul olduğunu deyib.
Ən acınacaqlısı isə budurki, sorğu iştirakçıları olan uşaqlar internet kulublarında onların əxlaqsız porno fayllardan istifadə etməsinə heç bir maneə olmadığını diqqətə çatdırıblar.
Sorğuda iştirak edən 220 respondentdən 169 nəfəri “İnternetdən nə məqsədlə istifadə edirisiz” sualına virtual aləmdə əxlaqsız və porno fayllarla məşğul oluruq cavabını veriblər. 36 nəfər sorğu iştirakçısı isə internet klublarına müxtəlif kompüter oyunları oynamaq üçün baş vurduqlarını deyib.
Yalnız 5 nəfər internetdən səmərəli məqsədlər üçün istifadə etdiyini, qalan 10 nəfər isə ümumiyyətlə kompüter biliklərinin olmadıqlarını söyləyib.