Ramil Səfərov ömürlük azadlıqdan mərhum edilməsi barədə məhkəmə qərarından kassasiya şikayəti verəcək
Azərbaycan ordusunun zabiti Ramil Səfərov ömürlük azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarından kassasiya şikayəti verəcək. Azərbaycan Vəkillər Kollegiyasından verilən məlumuta görə şikayətin veriləcəyi vaxt həlilik bəlli olmasa da bu addım mütləq atılacaq. Bununla əlaqədar olaraq zabiti məhkəmədə müdafiə edəcək azərbaycanlı vəkil müəyyənləşəcək. Ramil Səfərov erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinərək Budapeşt məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.
|