2008-02-05
Dənizdə yükdaşımalar üzrə dünyanın ilk 5 şirkətinə daxil olan Palmalı şirkəti keçən il İstanbulda 80 milyon ABŞ dollarına aldığı HSBC-nin əvvəlki binasını otel ilə əvəz etməyi planlaşdırır. Belə ki, cənab Mənsimovun köməkçisi İbrahim Nəbioğlunun sözlərinə əsasən otel çox mərkəzi bir mövqedə yerləşdirilib və biznes dünyasının mərkəzi hesab olunur. Bəzi beynəlalq otel şəbəkələrinin artıq bu layihəmizlə maraqları göstərilməkdədir deyə İbrahim bəy qeyd edir. Otel biznesi ilə yanaşı Palmali Qrup media biznesinə də investisiayalar ayırmağı planlaşdırır. Belə ki, artıq bir neçə radio və internet portalı ilə bu sferada fəaliyyət aparan holdinq Türkiyənin ən reytinqli əyləncə kanallarından olan KRAL TV-ni almağı planlaşdırır.