BİZİM KİNO
Arşın Mal Alan
"Arşın mal alan" filmi-böyük Azərbaycan bəstəkarı və dramaturqu Üzeyir Hacıbəyovun məhşur musiqili komediyasının əsasında ekranlaşdırılmışdır. Gənc tacir Əsgər evlənmək qərarına gəlir. O gəlini özü seçmək istəyir. Lakin o vaxtın qanunu bəyə gəlini toya qədər görməyə icazə vermir. Dostu Suleymanın məsləhəti ilə, Əsgər arşınmalçı paltarı geyinib evdən-evə gəzir və parçalar satır. Əsgərin gözəl səsi olur və bu da qizların diqqətini cəlb edir. Axır ki, Sultanbəyin evində o, gözəl Gülçöhrəni görür və ona aşiq olur. Əsgər öz xalası ilə Gülçöhrənin elçiliyinə Sultanbəyin evinə gedir. Sultanbəy Əsgəri evdən qovur. Əsgər öz dostu Süleymanı elçiliyə yollayır. Sultanbəy qızına onu varlı tacirə vermək qərarini deyir. Əsgər Gülçöhrəni qaçırdır. Sonra hər şey məlum olur; arşınmalçı başqası yox həmin varlı tacirdir. Böyük sevinclə eyni anda 4 toy; Əsgərin Gülçöhrə ilə, Süleymanın Asya ilə, Vəlinin Telli ilə və Sultanbəyin Cahan xala ilə keçirilir.
Azərbaycanfilm 1945 Ssenari muəllifi - S.Rəhman Quruluşçu rejissorlar - R.Təhmasib, N.Lescenko Operatorlar - A.Atakişiyev, M.Dadaşov Bəstəkar - Ü.Hacıbəyov Rəssam - Y.Svets
ROLLARDA: Əsgər - R.Behbudov Güçöhrə - L.Bədirbəyli Süleyman - İ.Əfəndiyev Sultanbəy - A.Hüseynzadə Vəli - L.Abdullayev Cahan - M.Kələntərli
|