Köpəklərin hürmələri, ulamaları və mırıldamalarını macar alimləri tərəfindən hazırlanmış yeni kompyuter proqramı tərəfindən "tərcümə" edilə bilər. Proqram Macarıstanın Mudi cinsindən olan 14 itin emosional reaksiyasını yoza bilir. 6 min hürüşü təhlil etmiş proqram, itin topu gördüyünü, döyüşmək istədiyini, oynamaq istədiyini, özgə adam gördüyünü və ya gəzintiyə çıxmaq istədiyini müəyyən edir.
Lakin alimlər etiraf edirlər ki, bunu insanlarda ayırd edə bilirlər, yeni texnologiya bunu sadəcə bir qədər də təkmilləşdirib. Kompyuter itlərin emosional halını 43 faiz dəqiqliklə, insan isə 40 faiz dəqiqliklə müəyyən edib. Tədqiqatın müəllifi Ksaba Molnar deyir ki, proqram daha da təkmilləşdirilə bilər. O BBC-yə bundan insan ünsiyyətinin təhlilində də istifadə etməyin mümkün olduğunu söyləyib.
While the computer correctly recognised the emotional state of 43% of dogs, humans did almost as well with 40%. "Biz hürüşlər arasında güclü kontekstdən irəli gələn fərqlərin olduğunu sübut etmişik. Lakin hər bir it cinsində bunların nə dərəcədə fərqli olduğunu öyrənmək üçün hələ çox işlər görülməlidir."
|