«Avroviziya-2008»-də Azərbaycanı Elnur təmsil edəcək
«Avroviziya-2008»-də Azərbaycanı təmsil edəcək iştirakçı artıq müəyyənləşib
«Avroviziya-2008»-də Azərbaycanı təmsil edəcək iştirakçı artıq müəyyənləşib. Bu, üç iştirakçı arasından seçilən Elnur Hüseynovdur. Münsiflər heyəti Elnurun Samir Cavadzadə ilə oxuduğu duetə əsasən ona üstünlük veriblər.
Milli seçim turunun final mərhələsi- konsert Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilib. Finalçılar Elnur Hüseynov, Aynur İsgəndərli və «Unformal» qrupu olub. Münsiflər heyətinə isə İsmayıl Ömərov, İbrahim Quliyev, Mixail Qusman, Fərhad Bədəlbəyli, Natəvan Şeyxova, Rauf Babayev, Təranə Muradova, Vaqif Gərayzadə, Eldar Bağırov, Lalə Kazımova, Murad Adıgözəlzadə, Azad Quliyev, Afaq Məlikova daxil idi.
|