Türkiyə universitetlərindən birində erməni dili bölməsi açılacaq
“Ölkələr arasında dostluq əlaqələrinin gücləndirilməsi və müştərək elmi faliyyətlər apara bilmək üçün bu bölmələri açırıq”
Türkiyənin Nevşehir vilayətində eyni adla faliyyət göstərən universitetin dil-ədəbiyyat fakultəsində erməni, yunan və ibrani dili bölmələri açılacaq. Fakultənin dekanı professor Mətin Hülaqü Türkiyə universitetlərində ilk dəfə bu dillərə aid müstəqil bölmələr açıldığını vurğulayıb. Dekan, Türkiyədə erməni, yunan və ibrani dilini bilən mütəxəssis sayı az olduğu üçün bu bölmələrə ehtiyac olduğunu deyib.
“Türkiyədə bu ölkələrin dilini bilən mütəxəssis sayı olduqca azdır. Əvvəla bu ehtiyacın aradan qaldırılması üçün, daha sonra da həmin ölkələr arasında dostluq əlaqələrinin gücləndirilməsi və müştərək elmi faliyyətlər apara bilmək üçün bu bölmələri açırıq” – deyə “Nevşehir universiteti”nin dekanı Mətin Hülaqü bildirib
|