Freedom House: "Azərbaycan azad ölkə deyil"
Beynəlxalq Hüquq-müdafiə təşkilatı dünyada azadlıqla bağlı illik hesabatında Azərbaycanı azad olmayan ölkələr sırasında göstərib
Freedom House Beynəlxalq Hüquq-müdafiə təşkilatı dünyada azadlıqla bağlı illik hesabatında Azərbaycanı azad olmayan ölkələr sırasında göstərib.
Hesabatın Azərbaycana həsr olunmuş bölməsində deyilir ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə seçkilər saxtalaşdırıldı, demokratik islahatlar dayandırıldı, siyasi rejim sərtləşdi. 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra vəziyyət dəyişməyib və o öz hakimiyyətini möhkəmlətməyi davam etdirib.
"Azərbaycanda seçki demokratiyası yoxdur, korrupsiya bütün cəmiyyəti bürüyüb, məhkəmə və parlament hakimiyyətləri icra hakimiyyətindən asılıdır. Korrupsiyanın səviyyəsinə görə Azərbaycan 163 dünya ölkəsi arasında 130-cu yeri tutur.
Ölkə konstitusiyasının söz və ifadə azadlığına zəmanət verməsinə baxmayaraq, hakimiyyət onu hər cür məhdudlaşdırır. Radio və telekanallar hakimiyyətin nəzarəti altındadır. Müstəqil və müxalif KİV hakimiyyət tərəfindən daim təzyiqə məruz qalır. Bu zaman ayrı-ayrı aparıcı jurnalistlər hakimiyyət tərəfindən təqib edilir. İctimai televiziyanın yaradılmasına baxmayaraq, o, hakimiyyətin nəzarəti altındadır və onun siyasətini müdafiə edir. Bu zaman ANS kimi ayrı-ayrı telekanalların müstəqil olmaq cəhdlərinin qarşısı alınır.
Hakimiyyət həmçinin toplaşmaq azadlığını məhdudlaşdırır və onlara qeyri-loyal olan QHT-lərə qeydiyyata almır. Bu zaman seçkilərdə 30 faiz xaricdən maliyyələşən həmin QHT-lərin seçkilərdə iştirakını məhdudlaşdırır.
Hakim rejimin siyasi rəqiblərinin, məsələn, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, gənclər hərəkatının lideri Ruslan Bəşirli və s. təqibi davam edir",- deyə hesabatda qeyd edilib
|