Lənkəranda hərbi qulluqdan qayıdan gənc intihar edib Lənkəran rayonunda yanvarın 10-a keçən gecə 20 yaşlı gənc intihar edib. Bu barədə cümə axşamı “Trend”ə Lənkəran rayon prokuroru Ramiz Nəbiyev məlumat verilib.
Nəbiyev bildirib ki, rayonun Havzava kənd sakini 1988-ci il təvəllüdlü Ramal Balağa oğlu Fərəcov gecə saat 01:00 radələrində yaşadığı həyətdəki tövlənin damından özünü asıb. İntihar hadisəsi haqqında məlumat rayon prokurorluğuna səhər saatlarında daxil olduqdan sonra hadisə yerinə gələn ekspertlər meyit üzərində müayinə aparıblar. Müayinə nəticəsində Fərəcovun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Fərəcovun ailəsi ilə münasibətlərinin normal olduğu və hərbi qulluqdan yenicə qayıtdığı bildirilib.
Nəbiyev deyib ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi açılıb.
|