Ermənilərin yoxsa Macar “ədalətinin” Ramilə verdiyi hökm?!
Elə hadisənin lap başından bəri ermənilərin aktivliyi və gördükləri tədbirlər fonunda Azərbaycan tərəfinin passivliyi və ya düzgün olmayan müdafiə taktikası seçməsı ürək ağrıtsa da bunun nəticəsi daha da acınacaqli oldu- Ramilə ömürlük cəza verildi. Söhbət Ramilin hüquqlarını müdafiə edən vəkilin deyil,Azərbaycan ictimaiyyətində bəzi insanların apardığı taktikadan gedir.Onlar utanmadan Ramilə ittihamlar yağdırdılar, onu “zabitlik şərəfinə xələl gətirməkdə” suçladılar. Təbii olaraq, onların bu iyrənc ittihamlarına cavab verən vətəndaşlar səslərini ucaltdılar və beləliklə də Ramil ətrafında mənasız qalmaqallar,söz-söhbətlər yarandı. Məsələnin əsl tərəfi kənarda qaldı. Bütün bunlardan çox məharətlə istifadə edən erməni tərəfi hər zamanki kimi iyrənc üsullarını işə saldılar. Məhkəmə heyyətini, prokuroru ələ almaqdan belə çəkinmədilər. Gördüyünüz bu şəkil də bunun sübutudur. Belə çıxır ki,ömürlük həbs cəzasını Ramilə əslində ermənilər verib, Macar məhkəməsi də təsdiqləyib. Lakin nə yazıq ki, əlimizdə maddi sübutlar ola-ola biz yenə də haqq-ədaləti sübut etməkdə aciz qalmışıq. Amma inaniram ki,nə olur olsun haqq öz yerini tapacaq və Ramil azad olacaq İnşallah.
Meqalenin müellifi:Patriotka(istifadeçimiz-baş admin)
|