Tədbirin isti-isti şəkillərini təqdim edirik. Torqovıdan başlayaraq Azadlıq meydanı qədər bütün küçələr dolub daşır. Fotolar indi çəkilib.
Bizi izləməyə davam edin.
Bu gün axşam Azadlıq meydanınnda Yeni İl konserti və ardından New Year Party olacaq. Hazırlıqlar bir necə gündür ki davam edir. Deyilənə görə nesə surpriz da olmalıdır. Gözləyək, görərik.
Hələlik isə hazırlıqlar gedən meydandan şəkillərə baxa bilərsiniz.
Meydanın qarşısında, fontanın önündə, böyük bir şar var. Nədir, nə üçün ora qoyulub bilmirik. Axşam baxarıq.
|
Fontanın içinə isə köpük doldurublar, guya qardır. Hamı da gəlir, əlini salır bu hovuza, yoxlayır bu nədir.
|
Meydanın sol tərəfində böyük bir yolka var. Pis deyil, şit bəzənməyib, üstündə ancaq işıqlar var. Ortada, bayraqın altında bir ekran yerləşdırılib.
|
Sağ tərəftə isə böyük bir səhnə qurulub. Ses tərtibatı çox yaxşıdır, axşam baxarıq bu boyda böyük meydanda necə seslənəcək.
|
Deyilənə görə axşam konsert (bizim şit manızlarımız), gecə isə İngiltərə və Türkiyədən gələn iki DJ gözəl bir party təşkil edəcəklər. Konsertin aparıcısı qatıqlığı ilə məşhur olan Murad Dadaşov olacaq. Hamı bilir ki, o qatıqdır, çox və boş-boş danışır, amma başqaları bundan da lap pis gündə olduğu üçün, yenə də bunu dəvət ediblər.
Gecə 12-də isə bomba bir salut olacaq. Metro və avtobuslar gecə saat 2-yə gədər işləyəcək. |
|