Əziz istifadəçilər 31 dekabr bizim həyatımızda iki möhtəşəm bayram günü olaraq qeyd olunur.
31 dekabr bütün dünya Azərbaycanlılarının həmrəylik günüdür.Dünyanın harasında olursa olsun bir biri ilə həmrəy yaşayan Azərbaycanlıları bugün münasibəti ilə ürəkdən təbrik edirəm. Allah hər zaman bizim milləti bütün millətlərdən üstün eləsin.
31 dekabr ilin dəyişilmə günü olaraqda bütün dünyada qeyd olunur. 2007-ci ilə vəda deyib 2008-ci ilə qədəm qoyuruq. Buna görədə Qeribler ailəsi olaraq hamını yeni il münasibəti ilə təbrik edirəm. 2007-ci ildə həyata keçməyən arzularınız qoy 2008-ci ildə çin olsun. Qoy 2008-ci ildə işğal olunmuş torpaqlarımız yenidən bizim olsun.Qoy bütün uğurlar məhz biz Azərbaycanlıların olsun. 2008-ci ildə sizə bitməyən təbəssüm, tükənməyən sevgi, saf hisslər və sizin üçün super olan xoşbəxtlik arzulayıram. Allah hər zaman sizinlə olsun.