Bir neçə aydır ki, tinsohbeti.com saytında problemlər davam edir. Saytı Azərbaycandan kənarda yaşayan həmyerlilərimiz yaradıb. Saytda ölkə hökumətinin və ali rəhbərliyi tənqid edən məqalələr, lətifələr və karikaturalar yerləşdirilib.
Qeyd edək ki, Azərbaycandan kənarda sayta daxil olmaq mümkündür, lakin ölkə daxilində yox. Odur ki, saytın müəllifləri əmindir ki, bu, bilərəkdən edilir və bunun arxasında hakimiyyət durur. Ekspertlərin fikrincə, bu və ya digər sayta texniki baxımdan əngəl yaratmaq çətin deyil. Bu üzdən saytın Azərbaycanda əngəllənməsi istisna olunmur.