Dünən Yasamal Rayon Məhkəməsində reper Elşad Xosenin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. APA-nın məlumatına görə, hakim Abbas Rzayevin sədrlik etdiyi məhkəmənin hökmü ilə E.Xose 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək 1 il sınaq müddəti olmaqla cəzanı şərti cəza ilə əvəz edib. E. Xose məhkəmədə son söz deyərkən məhkəmə zalında artıq şəxslərin, o cümlədən jurnalistlərin olmasına etiraz edib.
Qeyd edək ki, üstündə narkotik maddə aşkarlanaraq bu il sentyabrın 13-də həbs olunan müğənninin barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, sentyabrın 27-də zaminə buraxılıb. E.Xoseyə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.