http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
Xancan Kərimov [49]
Xəyalə Ələkbərova [11]
Aydan İbrahimova [22]
Həmidə Muxtarzadə [6]
Gülnar Məmmədli [4]
Mehriban Pərviz qızı [19]
Eyyubova Şahnaz [2]
Digər Müəlliflər [9]
Nərgiz Cəmilova [6]
Elvin Kədər [3]
Elşen Resulov [14]
Həsən XAN [3]
Ajka Bayramova [9]
Nur [0]
romeo83 [4]
Web xəbərlər [128]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-10, 05.10MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » romeo83

YAŞANMAMIŞ SEVGİ_2 (nə ürəklə sevmişəm səni...)
YAŞANMAMIŞ SEVGİ
nə ürəklə sevmişəm səni...
 
Bəzən dostlar yığışır doyunca gülürəm mən,
Tək qalanda yenə də səni düşünürəm mən!
Hə, səni tamam unutquğumu sanıram.ama xatirən pusquda duran yırtıcı kimi təkliyimi,tənhalığımı gözləyir və bu fürsəti bulduğu an hücum çəkir üstümə.və bu an bu an nələr çəkdiyimi mən özüm də bilmirəm... əzbər bildiyim bir şerin bir misrası düşür yadıma “sənin xatirən də əzizdir mənə” yox mənə əziz deyil nə xatirən nə də özün çünki içimdə sənə qarşı yalnız hirs var,övkə var.Yox mən sənə pis şey arzulamıram.ama neyləyim sənə bəslədiyim sevginin yerini üstümə hücum çəkən xatirənlə birgə hirs övkə tutub.Bəlkə də mən səni heç əvvəldən sevməmişəm. hə hə sevməmişəm!Sevməmişəm səni!..Nədən bəs dönməni istəyirəm?.. bilmirəm...Şəklin əlimdə, gözlərim qaranlıqlarda... Səndən xəbərsiz götürmüşdüm rəsmini.
Ama baxmıram:
Baxsam közü qopar yaralarımın
İçimdə bir həsrət hönkürüb ağlar
Gözlərin od olub yandırar məni
Məlul baxışların qəlbimi dağlar!..
Nə olub mənə? Bu mən deyiləm,yox, axı mən səni unutmuşam.Unutmuşam bəli.Yalnız bu yirtıcı xatirən təkliyimdən istifadə edir.Ama mən seni istəmirəm yox istəmirəm. Və bilirem ki bir gün geri dönüb “mən gəlmişəm” desen cavabin “gecikmisen ” olacaq və heç kecikməsən də “niyə gəlmisən?Seni unutmuşam,qayıt get” deyəcəm. Bəs onda niyə mümkün olmayan geri dönüşünü istəyirəm?İçimdəki hirsdən boğulmamaqçün,gəlişinə baxıb “get” demək üçünmü? Və sən o zaman getməsəydin yenə də özüm daha doğrusu ürəyim istəmədən ağlım “bitsin” deyəcəkdi və bitirəcəkdim. Bəs onda niyə mümkün olmayan geri dönüşünə ümid bəsləyirəm! “İnsan ümidlə yaşayır” dedikləri üçünmü?hə insanı yaşadan ümidləridir Ama böş böş ümidlərə qapılmaqlamı?
Yox yox mən geri dönüşünü içimdəki hirsi,övkəni boşaltmaqçün istəyirəm. Yalnız bunun üçün. Bu hirs o qədər çox ki... ...Yox şəklinə baxmalı olacam...elə bil şəkildəki “sən” də bir təbəssümlə qəzəbimin əriyəcəyini bilir.elə bununçün də baxıram şəklinə. Sənə olan qəzəbim ərisin deyə...çünki istəmirəm sənə övkəli olum.
Mən özüm özümü aldadıram deyəsən...sevmişəm səni.
Nə ürəklə sevmişim səni!


Source: http://qeribler.com/forum/132-3544-1#53967
Yazar: romeo83 | Əlavə edən: mehriban-p (2009-09-29) | Müəllif: Nəcməddin Mehdiyev
Baxış sayı: 720 | Reytinq: 5.0/2
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!