http://img140.imageshack.us/img140/7895/3copyge6.jpg
Bölmələr
Yazarlar
My articles [39]
Bütün Dünya.... [6]
eurovision azerbaijan [3]
Bakalavır-Magistratura [3]
MSN üçün hər şey [22]
Xaker [9]
Azərbaycan Respublikası [3]
Work And Travel [43]
Giriş
Axtarış
Dost Saytlar
Mini chat
Sorğu
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə, 2024-05-08, 03.50MainRegistrationLogin
sayt artıq işlemir !!!
yeni adresimiz:
Welcome Qonaq | RSS
Əsas » Məqalələr » Web xəbərlər » My articles

Dede qorqud

Kitabi Dədə QorqudKitabi-Dədə Qorqud eposuHəsən Məmmədov Dədə Qorqud obrazında

"Kitabi-Dədə Qorqud" - Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI-XII əsrlər)

Elmə XIX əsr*dən məlum olan "Kitabi-Dədə Qorqud"un hələlik iki əlyazma nüsxəsi (DrezdenVatikan) məlumdur. Drezden nüsxəsi üzərində sonradan "Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı") yazılmışdır. Bu nüsxə müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülmüşdür. Azərbaycan EA Əlyazmalar İnstitutunda"Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.

Abidə haqqında ilk dəfə alman alimi F.Ditsməlumat vermiş və "Təpəgöz" boyunu alman dilinə tərcüməsi ilə dərc etdirmişdir (1815). T.Nöldekeəsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəmişdir. V.V.Bartold1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirmişdir. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırmışdır; həmin tərcümə 1950-ci ildə Bakıda(H.AraslıM.Təhmasibinredaktəsi ilə), 1962-ci ildə isə Moskvadanəşr olunmuşdur.

1952-ci ildə E.RossiVatikan kitabxanasında əsərin yeni bir nüsxəsini tapıb italyancatərcüməsi ilə birlikdə nəşr etdirmişdir. "Kitabi-Dədə Qorqud" Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə 1939-cu ildə akademik H.Araslıtərəfindən nəşr olunmuşdur. Sonralar əsər ingilis, almanfars dillərinətərcümə edilmiş, İngiltərədə, İsveçrədə, Amerika Birləşmiş Ştatları-nda və İrandaçapdan çıxmışdır. 1951-ci ildə "Kitabi-Dədə Qorqud" AzərbaycandaTürkmənistanda"xalq düşməni" elan edilərək oxunması yasaqlanmışdı. "İnkişaf etmiş" Sosializm cəmiyyətində feodalizm dövründən qalmış sənət nümunəsinə "yer tapılmadı". Azərbaycanda 1957-ci, Türkmənistanda1980-ci ildə bəraət qazanmışdır.

"Kitabi-Dədə Qorqud" dastanları XI-XII əsrlərdə və daha əvvəllər (islamın yayılmasından qabaq) Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağıvə s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XIX əsrsəyahətçilərinin əsərlərində bu fakta rast gəlmək olar.

"Kitabi-Dədə Qorqud" boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik məlumatla zəngindir. "Kitabi-Dədə Qorqud" qadına yüksək münasibəti ilə seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.



Other articles on the same subject
Yazar: My articles | Əlavə edən: admin (2007-12-25) | Müəllif: xancan
Baxış sayı: 1528 | Reytinq: 0.0/0
Cəmi Şərh: 0

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024Bütün hüquqlar qorunur  Saytda verilmiş xəbər və yazılan şərhlərə görə Qeribler.com administrasiyası məsuliyyət daşımır!