Ataların sözü-övladların gözü
Tanınmış təbiətşünas alim Qara Mustafayev gənc həmkarı Anar Məmmədovla əsrlərin sınağından çıxmış atalar sözlərinin məna yükünü sadə, aydın və ifadəli şəkildə insanlara çatdırmaq niyyətinə düşüblər. Alimlərin özünəməxsus təhlil süzgəcindən keçmiş müdrik el deyimlərinin oxucularımızın da saf-çürük eləməsini istərdik.
VƏTƏN-QÜRBƏT
Vətənə gəldim, imana gəldim. Vətəndən çıxmış və çıxarılmış adam o qədər çox mənəvi əzab-əziyyətlər çəkir ki, imanını (insanlığı) belə itirir. Vətənə qayıdandan sonra dərk edir ki, imansız yaşamaq insanlıq demək deyil.
Qərib dərdin tək ağlar. Vətənindən uzaq düşmüş adam (qərib) hər hansı bir dərdə düçar olarkən dərdini bölüşdürməyə adam tapmır, heç kim onun dərdinə ortaq olmur, ona görə tək ağlayır.
Qəribə bir salam, min tüməndən yaxşıdır. Salam - Allahın adlarından biridi, xeyirxahlıq rəmzidi. Müsəlman qaydasına görə iki nəfər rastlaşanda mütləq salamlaşmalıdı. Adamları birləşdirmək - yaxınlaşdırmaq üçün güælü kəlamdı. Min tümən də az pul deyil. Lakin qərib düşmüş adam o qədər tək-tənha qalıb darıxır ki, onunla bir nəfər salamlaşan olmasını min tümən pul tapmaqdan üstün tutur.
Qəribi baxışından tanır. Adamın daxili aləmi onun üzünə çıxır, gözlərində əks olunur. Dərdli adamın üzü-gözü gülə bilməz, hətta rəngi solğun olur, sanki bərk əsəbidi və ya bərk yorulub. Qərib adam o qədər çox mənəvi əzab çəkir ki, həmişə əsəbi və yorğun olur.
Qəribi vuranda, "Vay Vətən" deyir. Adam vurulanda adətən "Vay Dədə", "Vay ana" deyib çağırır, yəni atasını, anasını və ya başqa əzizini görüb sonra ölmək istəyir. Lakin qərib adamı vuranda Vətəni çağırır, Vətəni görmədən öləcəyindən şikayət edir. Qərib adam üçün Vətənindən əziz heç nə yoxdu.
Qəribin boynu uzun, dili qısa olur. Burada dil - söz, fikir mənasında götürülüb. Qərib düşmüş adam oğrun baxmaq üçün boynunu uzadır, söz deməyə isə hüququ yoxdu (dili qısadı).
El ağzı - çuval ağzı. El ağzı xalqın, əhalinin sözüdü, güælüdü, geniş əhatəlidi. Çuval da ən böyük, ən geniş kisədi, tutumu çoxdu. Ona görə bu sözlər bir-birinə bənzədilir.
El ağzı ilə quş tutulmaz. Ataların bu deyimində üç fikir var. Birincisi budu ki, el (camaat, əhali) yığılan yer səs-küylü olur, orada quş dayanmaz. İkincisi budu ki, quş tutulan æələnin xanələri (gözləri) kiçik olmalıdı, El ağzı kimi geniş olsa, quş çıxıb gedər. Yçüncüsü budu ki, El ağzı, yəni əhalinin fikri geniş əhatəli olur. Bununla bağlı başqa deyimlər də var: "El ağzı - yel ağzı", yəni əhalinin sözü güælü külək kimidi, onun qarşısını almaq olmaz. "El ağzı - faldır", yəni əhali sözü mütləq yerinə yetirilməlidi, ona biganə qalmaq olmaz.
El el ilə, dəyirman yel ilə. Bu o deməkdi ki, elin güæü eldədi, onun birliyindədi, dəyirmanın gücü küləkdən asılıdı (su dəyirmanı sudan asılı olduğu kimi).
El yandıran şam sönməz. Bu o deməkdi ki, bir adamı El ucaldırsa, ona El arxa durursa, evi həmişə işıqlı olur, onu heç kim söndürə bilməz, həmişə şən və firavan olar.
El gözü aydın görər. Bir adamın 2 gözü, 8 milyonun isə 16 milyon gözü var. Ona görə də El (8 milyon azərbaycanlı) daha aydın görür. Buna analoq deyim də var: "El gözü - sərrafdı" (heç vaxt yanılmır).
El gözündən düşən boy atmaz. Bunu bildirir ki, xalqın gözündən düşmüş bir adam ətraf mühitsiz qalır, mühitsiz canlı isə boy atıb inkişaf edə bilməz. Tək qalmaq - ətraf mühitsiz qalmaqdı. Bu deyimin əksi də var: "El tikəni aləm yıxa bilməz", "El sevəni aləm sevər". Burada aləm - hamı deməkdi.
Rubrikanın bələdçisi: Seymur Elsevər
(ardı gələn saylarımızda)
|