Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 06.25MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Avqust » 31 » Rənglərin insana təsiri.
Rənglərin insana təsiri.
12.40

 

***

Əsəb sistemi üçün ən əlverişli açıq, yumşaq, mavi , gümüşü , boz rənglərdir. Qızılı sarı, yaşılı mavi, gümüşü boz rənglər rahatlıq və harmoniya hissiyatı yaradır. Parlaq rənglər fəallığı artırır.Qırmızı , bənövşəyi , əsəb sistemini qıcıqlandırır , görməni zəiflədir.

***

İş , nahar və istirahət otaqlarını müxtəlif rənglərlə ayırmaq məsləhətdir. İş otağı üçün boğuq rəngli üzlük və ya pərdə seçmək daha münasibdir. Arıqlama fikrinə düşsəniz pəhrizə və digər müalicəyə ehtiyac yoxdur. Bunun üçün mətbəxi sadəcə olaraq mavi rənglə boyamaq kifayətdir. Söhbət otağın müxtəlif rəngli üzlüklərlə bəzəmək məsləhət deyil. Bu , gözləri sonra isə bütün bədəni yoracaq, pis əhval-ruhiyyə yaradacaqdır. Belə halın baş verməməsi üçün həmin otağı mavi və yaxud gümüşü yaşıl rənglə rəngləmək və ya üzlük çəkmək münasibdir. Arxasında oturub işlədiyiniz stolun üstünə qərənfil, qızılgül və hər hansı bir parlaq gül qoysanız, dərhal enerjinizin artdığını, beyninizin necə fəal işlədiyini hiss edəcəksiniz.

***

Rəngli işıqlara da diqqət yetirmək lazımdır. Yaşıl və ya digər rəngdə şüşəsi olan lampa iş üçün münasib deyil. Ən münasibi işıqlı və parlaq lampalardır.Müxtəlif işıqlanma zamanı (təbii və sun’i)otağın necə görünməsi nəzərə alınmalıdır. Çünki interyer, onun çalarları, rəngi əhval –ruhiyyəyə , iş qabiliyyətinə və səhhətə tə’sir göstərir.

***

Rəngin daha bir xüsusiyyətini bilmək xeyirlidir. Bu sizə çox şeyi aydınlaşdırıb izah edə bilər. Məsələn: səma rənginə biganə adam hər şeyə qadir olmaq təssüratı yaratmaq istəyir. Həqiqətdə isə o inamsızlıq nümunəsidir. Göy rəng təmizliyi, xeyixahlığı, nisbətən qəmgin təbiəti, sevməyə ehtiyacı , inamlılıq hissini cəmləşdirən adamın rəngidir Boz rəngi quru təbiətli, inamsız , ağır düşüncəli adamlar üstün tuturlar. Qırmızı rəng ehtiraslı , cür’ətli , iradəli , ünsiyyətli, tez coşan , lakin xeyirxah adamlarn rəngidir.Narıncı rəng intuisiyaya güclü meyilli , xəyalpərəst adamları fərqləndirir. Qəhvəyi rəng möhkəm dayanan , ailəsini sevən adət və ən’ənələrə hörmətlə yanaşan adamlar üçün xarakterikdir. Bu rəng xudpəsəndlərdə igrah hissi doğurur. Sarı rəngi təmkinli , sakit təbiyətli, intellektual adamlar sevirlər. Belə adamlar şəraitə asanlıqla uyğunlaşır, diqqəti özünə cəlb etməyi bacarır.
Cəhrayı rəng həyat rəmzidir. Sevgi və xeyirxahlığı, hər şeyə sevinmək bacarığını təsdiq edir.
Rəng terapeyasına uyğun olaraq tibb mütəxəssisləri müalicəvi təsirə malik olan eynəklər yaratmışlar.Onlardan istifadə etmək tamamilə fərdi xarakter daşıyır.Çünki müxtəlif rəngli şüşələrin gözün qlafanına və onun vasitəsilə beyin yarımkürəsinətəsiri olduqca fərdidir. Məsələn : tonusu , əhval-ruhiyyəni qaldırmaq ötrü bəziləri cəhrayı eynəkdən istifadə etməlidir. Başqa birinə isə göy , yaxud yaşıl eynək lazımdır.
Rənglərin “ dilini” bilmək necə deyərlər , onlarla danışmağı bacarmaq səhhətinizə və gündəlik həyat tərzimizə yüngüllük gətirir, bizə
rahatlıq bəxş edir.
 
 
Yazar: Xudaverdi MEMMEDOV
Category: Maraqli və Lazımlı | Views: 1270 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 4
2009-09-02
4. Nergiz (_Malvina_) [Giriş ]

tesekkurler..maraqli melumata gore...

2009-09-01
3. AYDAN (ACULIYA) [Giriş ]

Cəhrayı rəng həyat rəmzidir.
Raziyam,bu reng mene heyatin gozelliyini ifade edir.

2009-09-01
2. mehriban-p (mehriban-p) [Giriş ]

psiko_turanci, bu barədə oxumuşdum, maraqlıdı, yerləşdirdiyin üçün sag ol
rənglərin insan psixologiyasına təsiri həqiqətən də inkar edilməzdi
həmişə sınamışam narıncı rəng xoş əhval ruhiyə yarada bilir,qırmızı özünə inam,yaşıl sakitlik, ruh dincliyi

2009-09-01
1. Nicat (Nicat_308) [Giriş ]

teshekkur gozel yazi uchun!

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024