Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 08.47MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Avqust » 20 » Müqəddəs Ramazan ayı
Müqəddəs Ramazan ayı
23.54
http://s61.radikal.ru/i173/0908/af/cf6c77a31c8d.jpg


ORUCUN HÖKMÜ

Əvvəla oruc nə deməkdir???
Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir. Ramazan ayındə oruc tutmaq Allahu Təalanın əmridir və bu hər bir müsəlmana vacibdir. Uca Allah buyurur:
«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.» (əl-Bəqərə, 2:183)

ORUCU TUTMAĞA NECƏ NİYYƏT EDƏK

Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək zəruri deyil. Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidir. Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərt deyil, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən olunan niyyət kifayətdir.

SƏHUR
(Oruc tutmaq üçün s
əhər yeməyi)

Səhur, yə'ni sübh tezdən müəyyən olunmuş vaxtda, sabah namazı girməmişdən yeyilir. Əlbəttə, sübh tezdən qalxıb yemək vacib deyil, amma bunu etmək müstəhəbdır və Peyğəmbərimiz (s.a.s)-in sünnətinə uyğundur. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

İFTAR

Oruc açmaq yəni iftar, gün batdıqdan sonra edilir. Uca Allah buyurur:
«Sonra gecəyə qədər (gün batana kimi) orucunuzu tamamlayın.» (əl-Bəqərə, 2:187). İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: «İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)



Oruc hər bir həddi-buluğa çatmış müsəlmana vacibdir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz" (Qurani-Kərim, əl-Bəqərə surəsi,183).

 

ORUCUN FƏZİLƏ

Peyğəmbər (s.a.s) demişdir: "Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər..." (əl-Buxari, 1896). "Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır" (əl-Buxarı, 1901).


ORUCU TUTAN Ş
ƏXS DİLİ İLƏ GÜNAH ETMƏKDƏN

(söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir. Peyğəmbər (s.a.s) demişdir: "Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: "Mən oruc tutmuşam"" desin (əl-Buxari, 1894). Peyğəmbər (s.a.s) deyib: "Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur" (əl-Buxari, 1903).

ORUCU POZMAYAN ŞEYLƏR

ətir vurmaq, çimmək, suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq, dili ilə yeməyin dadını öyrənmək, sürmə vurmaq, tüpürcəyi udmaq (bəlğəmdən başqa), həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Ramazan ayında gecə vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar. Qanın tibbi yoxlama üçün verilməsi caizdir...

ORUCU POZAN ŞEYLƏR

qəsdən qusmaq, gün batmamış oruc tutmaq niyyətindən dönmək, İslamdan çıxmaq, bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək, aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa), gündüz vaxtı cinsi əlaqəyə girmək.

 

QƏDR GECƏSİ

Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir...

HƏR BİR MÜSƏLMAN RAMAZANIN AXIRINDA

fitrə-zəkat verməlidir: bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulu olur (Məsələn, xurma, düyü, un, kişmiş, arpa, buğda və s.)...

Category: Maraqli və Lazımlı | Views: 1093 | Added by: Nurul_Eyn | Rating: 5.0/2
Total comments: 6
2009-09-01
6. saleh (saleh_mehdiyev) [Giriş ]

Ramazan ayi bereket ayidi, sebebinide anlamisam, hec kim yemek yemir deye.

2009-08-29
5. bellucci (BELLUCCI) [Giriş ]

cox sag olun oruc baresinde ki bilgilerinize gore [color=red][u]

2009-08-23
4. Ismayil (Centilmen) [Giriş ]

Salam millet mende Oruc tuturam Allah haminin orucunu qebul etsin AMIN!!! smile

2009-08-21
3. FERID (FERID) [Giriş ]

Allah butun muselmanlarin orucunu qebul etsin.Amin

2009-08-21
2. necmeddin (romeo83) [Giriş ]

Çox saq olun Nurul!

Orucu pozmanın cəzası:qəza və kəffarət!
Bilindiyi kimi oruc ferz qılınmışdır.Bu baxımdan üzrlü bir səbəb olmadan başlanmış bir orucu pozmaq günahdır.pozulan (yəni üzrlü səbəbdən) orucun sonradan gününə gün qəzasını tutmaq lazımdır.Fərz olan Ramazan orucunu qəsdən pozmağın isə kəffarət adlanan ,iki ay-60gün aralıqsız oruc tutmaq cəzası vardır.
Qəza və kəfarət nədir?
Qəza-heç tutulmayan və ya tutulmağa başlayıb üzrlü səbəbdən pozulan bir orucu sonradan günü gününə tutmaqdır.
Kəffarət-qəsdən pozulan bir günlük Ramazan orucu yerinə cəza olaraq iki ay davamlı oruc ttmaqdır.Bu cəzanı yaşlılıq,zəiflik,və xəstəlik səbəbindən yerinə yetirə bilməyən şəxs 60 fəqir sabahvə axşam olaraq yedirib doyurmalıdır.və ya bir fəqir 6m gün doyurmaq caizdir.
Oru tutmağa gücü catmadığı kimi fəqiri yedirmeye də gücü olmayan şəxs üzərindən Kəffarət cəzası qalxar.
Kəffarət orucu iki ay müddətində ara verilmədən tutulmalıdır.Vaxt ele seçilməlidir ki araya Ramazan ayı və ya oruc tutulması haram olan günlər düşməsin.bu zaman kəffarət orucunu yenidən başlamalıdır.
Kəffarət orucu tutan səfərdə də orucu davam etdirməlidir.
Heyzli halda (aybaşı) olan qadının kəffarəti pozulmaz.bu günləri kecdikden sonra kəffarət orucunu qaldığı yerdən davaç etməlidir.
Kəffarət orucu tutmamanın deyil tutulan orucu qəsdən pozmanın cəzasıdır.Ramazan ayında oruc tutmağa niyyet etməyən şəxs tutmadığı bu orucları sonradan sadəcə qəza etməlidi.

Aşağıdakı hallardan hər hansı birini məcburiyyət olmadan,unutma səbəbi olmadan istəyərək öz arzusu ilə yerinə yetirən şəxsə həm qəza həm də kəffarət düşər.
-Cinsi münasibət
-Yemək içmək və ya dərman qəbul etmək
-Ağzına ixtiyarsız düşən yağış dolu qar suyunu istəyərək bilə bilə udmaq.
-siqaret çəkmək,və ya buna bənzər maddəni yandırıb tüstüsünü çəkmək.
-noxud dənəsi boyda bir şeyi udmaq və ya çiynəyərək yemək.
-azacıq duz yemək(çox duz yeməyə sadəcə qəza düşər)
Bu saydığımız şeylərdə bədənin qidalanması və bəslənməsi,yaxud zövq və ləzzət alması olduğundan qəza ilə bərabər kəffarət düşür.


2009-08-21
1. nazimi (clumsy) [Giriş ]

cox sag ol Nurul_Eyn.Qısa konkret yazılıb hamısı.Allah hamının orucunu qəbul etsin.Amin

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024