Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 09.03MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Avqust » 10 » Optimist olmaq – sənə nə bəxş edir?
Optimist olmaq – sənə nə bəxş edir?
21.19


“Yaxşı başlayan hər nə varsa, pis qurtarır, Pis başlayan isə ondan da pis qurtarır...” (Artur Blox, “Merfi qanunu”)
Bizim dövrümüzdə optimist olmaq asan deyil! “Yenə işlərim pis gedir. Mən belə də bilirdim” deyimi daha məqsədəuyğundur və adətən biz bu deyimə üstünlük veririk. Lakin optimist olmaq nəinki yaxşıdır, həm də sərfəlidir. Hətta maddi nöqteyi-nəzərdən!
Optimist nəinki sabahın daha yaxşı olduğunu düşünür, həmçinin vəziyyətə uyğun olaraq hərəkət edir. Gələcəyinin daha yaxşı olması üçün hərəkət edir. Nəticə isə? Optimistlərin gələcəyi həqiqətən də uğurlu olur. Pessimistlərdə isə vəziyyət ürəkaçan olmur.

Bu həqiqətən belədir? Bəlkə, hamısı illüziyadır. Bəlkə, özünü öncədən pisə hazırlamalısan ki, əksinə olsa sevinəsən? Və ya daha nələr nələr...
Gəlin, elmi araşdırmalara müraciət edək.
“Optimistlər daha yaxşı yaşayır.” misalının sadə izahı var. Çünki onlar baş verənlərə sadə yanaşırlar. “Duke University’s Fuqua School of Business” biznes-məktəbinin araşdırmasına əsasən, optimistlər biznesdə də uğur qazanırlar.
Yeri gəlmişkən, optimistləri pessimistlərdən ayırmaq çox asandır. Belə ki, 30 yaşlı kişilərdən ibarət auditoriyaya “siz neçə il yaşayacaqsınız?” sualı verilib. 20 ildən aşağı yazanlar pessimistlərə, 20 ildən yuxarı yazanlar isə optimistlərə aid edilib. Optimistlər arasında bir kateqoriya da müəyyən olunub ki, bu “yüksək optimistlərdir”. Onlar orta hesabla qəbul olunmuş yaş həddindən 20% artıq yaşamaq istəyirlər. Bu qrup optimistlər isə sorğuda iştirak edənlərin cəmi 5 %-ni təşkil edib. Bilirsiniz, hansı qrup insanlar biznesdə uğur qazanır? Təbii ki, təxminən 5%.
Müxtəlif ölkənin alimləri optimistlərin psixoloji əsaslarını müəyyənləşdirərkən eyni nəticəyə gəliblər.

1. Optimistlər orta hesabla daha çox yaşayır, ağır xəstəliklərdən sonra tez sağalır, özlərinə daha əmindirlər və psixoloji xəstəliklərdən daha az əziyyət çəkirlər.
2. Optimistlər nikahda adətən xoşbəxtdirlər. Dostları da çoxdur.
3. Karyerada daha çox uğur qazanırlar və yaradıcı ideyalarla dolu olurlar. Onların düşüncəsi daha azaddır, bu cür insanlar hər cür yeniliyə hazırdır. “Səhvlər? Bəlkə, bu səhv deyil, sadəcə sistemin funksiyasıdır. Bəlkə bunu nəyəsə tətbiq edək. “
4. Optimist həyatda çox şeyə nail olur, sadəcə bəxti gətirir. Uğursuzluq baş verərsə optimist yenidən başlamağa hazırdır.
5. Çətin vəziyyətlərdə optimizm olmadan keçinmək mümkün deyil. Əfsanəvi Alen Bombar ( Atlantik okeanı qayıqda tək üzüb-keçmiş insan. Özü ilə yemək, su götürməmişdi) kitabında yazırdı: “okeanda insanı tənhalıq, aclıq, susuzluq və yırtıcı balıqlar öldürmür. 5. İnsanları qorxu məhv edir.” Bizim həyatımız məhz bu okeandır. “Öldürməyən nə varsa bizi güclü edir” – nə vaxtsa Niçşe bu sözləri deyib. Demək olar ki, bu sadəcə optimistin həyat devizidir.

6. Pessimist olmaq çox sadədir. Öz üzərində işləməli olmursan. Həyatını daha yaxşı etmək planları qurmursan. “Məni heç kim başa düşmür və hər şey mənə qarşıdır” sözləri ilə yaşamağa davam edirsən.
7. Hər halda əgər bu cür fikirlər beyninizə gəlsə okeanı tək üzüb-keçmiş insan haqda düşünməyə dəyər. Optimist olun. Həyatınızı daha yaxşı etməyə çalışın. Mümkün olmayan heç nə yoxdu.
Views: 1026 | Added by: clumsy | Rating: 0.0/0
Total comments: 6
2012-03-29
6. Justine [Giriş ]

Salam Azercell, ola bilərmi ki ele bu kampanyanı birdəfəlik tarif planı laroaq təqdim edəsiniz. Normal laroaq hər ay bu tarif planından yararlanmaq istəyən hər bir abunə, minimum 10 manat məcbur yfckləməlidir. Bu isə sizin fce7fcn hee7 də az gəlir olmaz. Bu aydındır ki, 100-200 nəfər bu T.P.-nından yararlanmayacaq , 10000-20000 abunədən bəlkədə artıq olacaq. Şəxsən mən 4-5 ildir Azercelden istifadə etmirdim. Sizi inanadırım ki, mənim kimi ətrafımda 100 lərlə insan Azercelle yenidə qayıdaraq simkartlarını bərpa etdilər. Mən bunun canlı şahidi oldum və qayıtmağımada hee7 də peşiman deyiləm ( inşallah siz sonradan peşiman etməsəniz ) Ancaq digər operatorların məntiqsiz və qaydasız tarif planaları bizləri lap təngə gətirdi. Sizin bu kampanya lap əla oldu f6zfcdə yerinə dfcşdfc. Xahiş edirəm mənim bu təklifim haqda biraz dfcşfcnfcn. 050 5176967 İlkin

2009-08-12
5. nazimi (clumsy) [Giriş ]

Aydan beyendiyine sevindim.Arzulara görə çəx sag ol.inşallah dediyin kimi olar happy

2009-08-11
4. AYDAN (ACULIYA) [Giriş ]

Gulicka,men optimist insanam,amma senin qeder ola bilmerem.Teki Tanri seni omrunun sonuna kimi bele saxlasin!(acigi optimist olmagin yollarini qeriblerden oyrenirem yavash - yavash.Qeriblerin optimist numayendelerine eshq olsun!!1)

2009-08-10
3. nazimi (clumsy) [Giriş ]

beyendiyinize sevindim?amma bunu men yazmamisam?altina basqa yerden goturduyumu yazmagi unutmusdum smile qadinklubundan goturmusem smile

2009-08-10
2. mehriban-p (mehriban-p) [Giriş ]

sag ol Gülü, super alınıb
özümü optimist insan sayıram hər bir işdə bir xeyir olmasını düşünürəm
düzdü son günlər bir az melanxolikliyim tutub amma mən OPTİMİSTƏM!

2009-08-10
1. FERID (FERID) [Giriş ]

Necede duz qey edilib...men bezen pessimist,bezense optimist oluraaam biggrin melumatcun sagolun

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024