İTKİLƏR SİLSİLƏSİNDƏN - 9 July 2009 - Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!!
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [44]
Şəkillər [137]
Musiqi [58]
Videolar [5]
Məşhurlar [147]
Sevgi [36]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
İstifadəçi adı:
Şifrə:
Məni xatırla 
News calendar
«  İyul 2009  »
b.b.e.ç.ax.çər.c.ax.cüm.ş.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Search
Site friends
Tag Board
Our poll
Hansi ideologiyanı üstün tutursunuz?
1. İdealizm
2. Materyalizm
3. Pozitivizm
4. Naturalizm
5. Pragmatizm
6. Spritualizm
Tam səslər: 118


Cəmi online: 2
Qonaq: 2
İstifadəçi: 0

Çərşənbə axşamı, 2009-11-24, 07.12MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » İyul » 9 » İTKİLƏR SİLSİLƏSİNDƏN
İTKİLƏR SİLSİLƏSİNDƏN
21.35
Category: Sevgi | Views: 246 | Added by: mehriban-p | Rating: 5.0/2
Total comments: 5
2009-07-25
5. mehriban-p (mehriban-p) ]

Hər telefon zəngində sarsılmagın nə demək oldugunu heç bildinmi sən? səni duyarlar, bilərlər deyə zəngini ayirmazdım melodiyalarla. hər mesajda səni axtarmagın nə demək oldugunu bildinmi sən? amma yoruldum artıq, tükəndim, son gücümü sərf etdim, artıq nə telefon gözləyirəm, nə də kiçik xəbərlər..... telefon ovcumda yatardım mən, sənin zəngini qaçırmayım deyə... indi isə gələn heç bir zəngə cavab vermirəm. Bundan narahat olan əzizlərimə açıqlama verməyim deyə telefonumun danışıq konturları balansını 0-a endirmişəm.
Dagınıq fikirlərimi toplamaga çalışıram, gündəlik məsuliyyətlərimi, vəzifələrimi yerinə yetirirəm, yavaş-yavaş ruhumu qaytaracagıma inanıram. İNANIRAM ?! HMM ))))))))) NƏ GÜLÜNC....BƏLKƏ DƏ...BİR GÜN...

Dünən ürəyimdəki sonuncu iynə ucu boyda qalmış ümidi dəfn elədim. Bu səhər iş otagımın bütün pəncərələrini açdım, gün boyu sərin meh əsirdi, üzü küləyə dogru pəncərə önündə xeyli dayandım. Küçədə harasa tələsən, yaxud yavaş-yavaş özləri üçün gəzişən insanlar keçirdi. Kimisi telefonla danışır, kimisi yanaşı addımlasalar belə yabançı, kimisi acıqlı, kədərli, çox az sayda insanın üzündə razılıq, təbəssüm vardı. Üz ifadələri əksəriyyətinin qaygılı idi. Böyük pəncərənin yanında qoyulmuş kiçik güzgüyə gözlərim sataşdı, ordan baxan insan mənə çox yabançı idi, siması solgun, saçları bərk dartılıb arxaya çəkilmış, yuxusuzlugun izlərini daşıyan yaşıl-qəhvəyi rəngli gözlərində bu səfər yaşıl çalarlar daha qabarıq görünürdü, gözlər ifadəsiz idi, daha dogrusu donmuş bir kədəri və hər şeyə biganəliyi əks etdirirdi. qorxdum yabançıdan...
Gözlərim hələ də dolu idi, amma əvvəlkindən fərqlı olaraq damlalar ara bir üzümdə gıllələnirdi, daha çox ürəyimə axırdı bütün göz yaşlarım...deyəsən barışmaq üzrəydim çarəsizliyimlə. üsyankar ruhum tükənmişdi....son gücüm dünən ürəyimdəki ümidimin ölümündə tükənmişdi. gücsüzdüm. ən pisi də ətrafdakıların bunu hiss etməsi idi. İş yoldaşım yaxınlaşdı bu səhər mənə, qadın yanımda əyləşərək “nə olub? gözlərinin altı niyə bu gündədi? kömür kimi yanıb, rəng deyilən şey yoxdu üzündə, ciddi bir şey var?” soruşdu. Zorla gülümsünüb sevmədiyim yay fəslini suçladım.
Hərdən içimdən bir səs yaxın günlərdə məni gözləyən dəyişikliklər üçün həyəcan yaratmaga, bir təhər ürəyimi döyünməyə məcbur etməyə çalışırdı, əllərimi qulaqlarıma apardım, səsi duymamaq üçün ))) məntiqə bax sən ? )))) səs daxildən gəlirdi, beynimin içində idi, kənar mühitdən deyildi ki, onu duymayacaq qədər qulaqlarımı tıxaya bilim.düşündüm, görəsən nə edirsən indi, işlərin necədi, vəziyyətin, özün necəsən? razısanmı günlərindən, yoxsa artıq məzuniyyətə çıxıbsan, bu dəqiqə hansısa rayonda istirahət edirsən? çətin deyildi bunları öyrənmək, amma lazım deyildi. əslində uzaqda deyildin, bir mahnıda deyildiyi kimi “yolun bir addım” idi.eyni səma altında birləşən ayrı-ayrı şəhərlərdə olsaq belə.....

Yadıma bir qadının çərşənbə axşamı dediyi sözlər düşdü “qızım, burax onu, unudacaqsan, inan mənə, amma burax getsin” və deyəsən mən bu sözlərə əməl etməyə başlayırdım. Olub keçən gözəl şeyləri daha da çirkinləşdirməkdən qorxdugum üçün olanlarla barışmaga təslim oluram.
telefon masam üzərimdə üzü aşagı vəziyyətdə yatır neçə gündü. Sınamaq istəyirəm duygularımı, görüm hər zəngdə səni axtarıram ya yox, lənət, deyəsən axı hələ AXTARIRAM......
yıgılan oxunmamış mesajları açıram, rəfiqəmin od püskürən mesajları, telefonu açmadıgım üçün əməlli başlı məni qınayıb.amma o anlayar məni, eybi yoxdu, nə də olsa dəlisov ruhuma bələddi.
Mobil telefonla tapa bilməyənlər iş telefonuma hücuma keçiblər,))) bilirlər ki, məcburən zənglərə cavab verəsiyəm, anlada bilmərəm onlara acımı, utanıram, başa sala bilmərəm onları, onlar məni belə bilmirlər axı…UTANIRAM......
Lənət, hələ də hər gecə yatmazdan əvvəl, hər səhər yuxudan oyananda əllərim telefona uzanır.... iradəliyəm, gözləmədiyim, təxmin etmədiyim qədər İRADƏLİYƏM!
Lənət, lənət, hələ də qəbul edilməmiş zənglərin sırasında adını axtarıram.....daha neçə gün gərəkdi bu işgəncənin bitməsi üçün? Lənətlər olsun......qorxuram günlər aylanıb illənər, səbrimi günlər deyil, aylar sınaga çəkər. QORXURAM.......

24 iyul 2009


2009-07-18
4. mehriban-p (mehriban-p) ]


2009-07-15
3. mehriban-p (mehriban-p) ]


2009-07-14
2. mehriban-p (mehriban-p) ]


2009-07-13
1. nazimi (clumsy) ]

Ah sənin bu olmazları olar etmək istəyin... görürsən nələrə gətirib çıxartdı? sən bilmirdin ki, əgər bir şeye olmaz deyirlərsə deməli əsaslı səbəblərdən olmazdı. məgər sən elə qoçaq idin ki, həyat qanunlarının olmaz damgası vurduqlarına qarşı çıxırdın?
Həyat boyunduruq deyil deyənlərdənsən sevgilim? anlayacaqsan bir gün sən də,boyun əyməli olduğunu anlayacaqsan,həyatını gözəlləşdirmək istəyirsənsə həyatla dost olmalı olduöunu,ona yenilməyi də bacarmalı olduğunu anlayacaqsan
bəs düşünmədin ki sonda məglub olacaqsan? indi necəsən? gunlərin, gecələrin necə keçir? yastıgın yenə göz yaşlarından nəmlidi?
ağlama sevdiyim,ağlama,gecəm-gündüzüm ağlama,dik bax həyata,o səni sevməyə bilər,amma sən əl çəkmə həyatdan,bilirsən axi niyəsini.... var səslə dinlədiyin musiqilər hönkür tü səslərini batıra bilirmi? yenə həyatına küsürsən?küsmə bidənəm,gülümsə,gülüşündə həyat var birisinə,elə üzgün durma...ömrün illərini niyə belə qaramsal kecirmək istəyirsən?niyə?məgər o... aman Allah yenə də acılar içində yalandan gülümsəyirsən? yalançım mənim, ürəyindən axan sızıltılı hüzünü simandaki bayagı təbəssümlə gizlətməyə çalışarkən gözlərini unudursan axı... yuxu kimi hüzün süzülür onlardan, dodaqların qaçır, əslində ürəyindəkilərdən titrəyir, sənsə ona təbəssüm maskası taxırsan. ut anma yenildiyindən, utanma zəifliyindən, məgrur olman üçün ürək gərəkdi, səninsə ürəyin özündə deyil axı, necə məgrur ola bilərsən.
bircə özünə qapanma mələyim, inamını itirmə, bu səni məhf edər. sadəcə olaraq özün kimi inanman gərəksiz idi. iradəsiz bilirdin özünü mələyim, sən iradəlilərdən iradəlisən. bu bir savaşdı, elə bir qanun yoxdu ki hər iki tərəf qalıb olmalıdı, heç dostluq yarışlarında belə olmur, nə dedin əzizim? hə onlarda hərdən heç-heçə olur, gülümsündün mələyim, bax təbəssüm sənə elə yaraşır ki.
həyatin dəyərini bil,o sənə bir daha verilməyəcək.sənin dəyərini bilməyə çalışıram,getsən bir daha gəlməyəcəksən

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2009