Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 17.35MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » May » 8 » Bu gün Şuşanın işğalından 17 il keçir.
Bu gün Şuşanın işğalından 17 il keçir.
13.49
  1992-ci il mayın 8-i düz 17 il əvvəl Ermənistan ordusunun əsgərləri, Şuşanı işğal etdi. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə kecməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əskərinə cox az sayda Azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Category: Yeni Xəbərlər | Views: 815 | Added by: psiko_turanci | Rating: 4.0/1
Total comments: 6
2009-05-15
6. QƏRİBLƏRİN (DuYqU) [Giriş ]

Mənim yadıma düşmürdeməklə sözümün canı o mənanı verir ki, daha unuduruq.Unutdururlar.
Biraz realist olaq bu gün mən də istəyirəm ki, ərazi bütövlüyümüz tək sözdə deyil dildə deyil sözün əsl mənasında həqiqət olsun.Bu gün o gözəl guşələrimizi niyə də görməyim düşüncəsi hələ də var alımda.Amma bu sadəcə sözlərdə deyilir hətda bu qədər ciddi bir mövzu heç nəyə çevrilir.Bu gün gül bayramı təntənəli şəkildə qeyd edilir,bu gün olmayan müstəqillik günümüz qeyd edilir amma bu yaralı yerimiz yada salınmır.
Bu nöqteyi nəzərdən yazmışdım.Vətənpərvərlik tək vətən yazmaqla hə müharibədə mən də varam deməklə torpaqlarımızı alaq deməklə olmur.Mən deyim bu gün heç kim torpaq belə istəmir rahatçılıqlarını narahatlığa çevirərək.
Görəsən bizim millətin içində vətənpərvər olani var???Çətin!!!!

2009-05-11
5. Spartak (psiko_turanci) [Giriş ]

Hörmetli Duygu xanım Şuşanın işğalıyadınıza düşmürse o sizin unutqanlılığınızdır.Biz özümz unuduruq yaddan çıxardırıq sonra deyirik ki ermenliler bize soyqırım elediler,torpaqlarımzı işğal etdiler.Tariximizi unudmaq geleceyimize esla yön vere bilmemekdir.

Hörmetli Afaq xanım saytda ola biler ki bu barede yazı olmaya biler,amma bu vaxta qeder olmalıydı.Yoxdursa siz aça bilersiniz.Bu menim,senin,onun deyil hamımızın yaralı yeridir.Her bir azerbaycanlının problemidir.Hamımız bir idaeale sahib olmalıyıq.Eyni düşünmeliyik.Bezi azerbaycanlıyam deyib QARABADAN söz düşende''Men vermemişem ki mende alım''deyen sözde vetenperver olan insanlar teessübler olsun ki hansı şeherimizin ne vaxt işğal olunduğunu bilmir.O neysede hamısını tarixlerine kimi yadında saxlayamaya biler amma en azından DAĞLIQ QARABAĞDA neçe şeherimizin mevcut olduğunu da bilmir heçde maraqlanmır.Üreyimi parçalayan bele şeylerdir.Bu vetenperverliyi sözde yox emelde elemek lazımdır.....


2009-05-10
4. Muslima (Nurul_Eyn) [Giriş ]

Daha ne qeder senin hestetinle yasayacam?

2009-05-10
3. Muslima (Nurul_Eyn) [Giriş ]

Qarabag canim qurban olsun sene.

2009-05-09
2. mehriban-p (mehriban-p) [Giriş ]

düşünəndə ki o zamandan 17 il keçir...

2009-05-09
1. QƏRİBLƏRİN (DuYqU) [Giriş ]

Nə yalan deyim heç mənimdə yadıma düşmürdü niyə də düşsün ki?

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024