Tənha Əsgər - 26 April 2009 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2016-12-09, 15.35MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Aprel » 26 » Tənha Əsgər
Tənha Əsgər
14.20
Tənha Əsgər
 
 
  
Vaxt yetişmişdi. Vətənə borcunu vermək üçün əsgər gəlmişdi. Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini qorumaq, əcdadların hərbi ənənələrini davam etdirmək üçün xidmətə yollanmışdır. Əlbəttə ki, and içərək. Heç bir vasitə onun qarşısını kəsə bilməmişdi. Hərbiyə getməməyi özünə ağır yük kimi qəbul edirdi. Uşaqlığını çox dəcəl keçirən TƏNHA ƏSGƏR ailəsini çox incitmişdi. Sonralar etdiklərindən peşiman olaraq həyatın ağuşuna atılır, öz alın təriylə zəhmətin nə olduğunu anlamaq, öz qazandığı manatın dəyərini, qiymətini bilmək üçün hər bir ağır, əzablı işə girişir. Kimsənin köməyi olmadan təhsilini alır. Gəncliyini gənc kimi keçirmir. Elə yetkinlik yaşlarından həyatın hər əzabıyla üzləşir. Qarşısına çıxan çətinlikləri həyatın keçməkeçli yolları sanır və Allahın öz sevimli bəndəsini sınağa çəkdiyini düşünür. Hər əzabı, çətinliyi gördüyü üçün, həyatın enişli-yoxuşlu yollarından az da olsa keçdiyi üçün hərbi həyatı ona o qədərdə çətin gəlmədi. Xidmətə başladı. Mülki həyatını unutdu. Qəlbini yaşadığı hərbi həyata bağladı. Silahını öyrəndi. Hərbi sirri bacardığı qədər mənimsədi.
 
 
Bunlara baxmayaraq ailəsi, ata-anası, əzizləri üçün çox darıxırdı. Postda oturub düşmən istiqamətinə, gah da geri dönüb uşaqlığını keçirdiyi evləri istiqamətinə baxırdı. Nə qabağa, 20 % torpağı tapdaq altda qalmış ərazisinə - Qarabağa, Şuşaya, Laçına, Qubadlı, Zəngilan istiqamətinə, nə də ata,anasını qoyub gəldiyi, anadan olduğu kənd istiqamətinə gedə bilmirdi. Ürəyi kabab közü kimi qovrulurdu. Əlacsız qalıb başını aşağı dikirdi. Axı bu anları yaşayan insan necə başını dik tutub gəzə bilərdi?! Elə düşünürdü və düşündükcə hər şeydən ümidi də kəsilirdi.
 
 
Axı xidmətə gələn zaman and işmidi ki, vətəni Azərbaycanın bütövlüyü üçün az da olsa zəhməti olacaq, axı and içmişdi ki, anaların bacıların gözlərini yolda qoyan, körpələri yetim qoymuş düşmənlərimizi qanına qəlktan edəcək, qanı tökülmüş şəhidlərin qanını yerdə qoymayacaq... Bunları həyata keçirtmək üçün heç bir imkanı olmadı. İndi özünü aciz sanır. Tək-tənha oturub xəyallar içində keçən günlərini, vətəni üçün, xalqı üçün nə etdiyini düşünür. Bəlkə də, bəlkə bir zərrə qədər də olsa xidmətində vətəni, torpağı üçün zəhməti olub. Amma dərk ediləcək qədər də yox. Əlacsız qalan tənha əsgər nə edəcəyini düşünür. Xidməti həyatının bu günlərində aciz-aciz gəzir. Ana həsrəti, Vətən həsrəti, birlikdə ANA VƏTƏN həsrəti çəkir. Çünki anasını, vətənini bir-birindən ayrılmayacaq qədər sevir. Çox düşünür. Ailəsini röyalarında görür (başqa harda görə bilərdi ki..?!). Qoyub gəldiyi, müvəqqəti də olsa ayrıldığı öz sevgilisi üçün darixir. Bircə dəfə də olsa doğulduğu kəndə qayıtmaq, dəcəllik edib oynadığı məhəllərindən keçmək, anasını görmək, atasının nəsihətlərini eşitmək, ayrılıb gəldiyi istəklisiylə görüşmək istəyir.
 
 
 
Düşüncələr içərisində yaşayır. Özünə xəyallar qurur, xəyal dünyasında tənha yaşayır, tənha gəzir o Tənha Əsgər. Ümidsiz halda nə zaman geri dönəcəyini, xoşbəxt günlərinə davam edəcəyini, gözü yaşlı qalmış anasının göz yaşlarını qurudacağı günü düşünür. Fikir içərisində yaşayan atasının fikirdən azad edəcəyi günü gözləyir. Xoşbəxt həyat qurmaq üçün həsrətini çəkdiyi sevgilisini görməyə tələsir. Bu zamanın nə zaman gələcəyini bilir, amma xəritəmizdən kəsilib götürülmüş o 20 % torpaqlarımızın nə zaman geri dönəcəyini bilmir.
 
 
 
 
Bir məsəl var deyərlər: “Ümid insandan sonra ölur”. Sən də ümidlə yaşa ey tənha əsgər. Sən qayıdacaqsan. Ürəyində olan hər arzuya çatacaqsan. İnşallah vaxt gələr vətən həsrətindən də azad olarsan. Xoşbəxt ailənlə, övladlarınla, övladı olduğun valideyinlərinlə indi tapdaq altında olan torpaqlarımızı gəzməyə, istirahət etməyə gedərsən. Həmin vaxt sən də bu torpaqlar uğrunda az da olsa zəhmət çəkdiyini, bu torpaqların geri alınması üçün çəkdiyin əzabların xatirəsindən danışacaqsan.
 
Ümidlə yaşa, yaşa tənha əsgər.
Qarşıda həyat işığı yanır.
Ürəklə, cəsarətlə o işığa doğru addımla.
Möhkəm, dözümlü ol.
Dağıt fikirlərini ayağa qalx və öz yolunu qürurla addımla.
Hər zaman irəliyə doğru!!!
 
 “Hərbi xidmət həyatından xatirələr” kitabindan
17 sentyabr 2006-ci il.
“Son səngər”
 
müəllif: Nicat_308
Category: Ordan-burdan | Views: 490 | Added by: Nicat_308 | Rating: 5.0/1
Total comments: 2
2009-04-27 Spam
2. mehriban-p (mehriban-p) ]

"Görəsən bunu indi düşünən var?"
Duygucan, keşkə heç olmasa 100 neferden birinde bu düşüncələr olardı

2009-04-27 Spam
1. QƏRİBLƏRİN (DuYqU) ]

Yazan əlləriniz yaşayan ürəyiniz düşünən ağlınız var olsun.
Doğurdan da kövrəlməmək əldə deyil.

Axı bu anları yaşayan insan necə başını dik tutub gəzə bilərdi?!
Görəsən bunu indi düşünən var?

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016