İLAHİ SEVGİ - 18 April 2009 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2016-12-08, 11.48MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Aprel » 18 » İLAHİ SEVGİ
İLAHİ SEVGİ
11.12
İLAHİ SEVGİ

 

 

 

 

Bəşəriyyətin ən ali, ən gözəl vardığı olan insana bu alilik və gözəlliklər məhz Allah tərəfindən bəxş edilmişdir. İnsan haqqında danışdıqda, ilk öncə, göz önünə onun kimliyi və nələrə sahib olduğu gəlir: - İnsan böyük kainatın kiçik modeli və Allah-təalanın ən kamil əsəri... Elə bir kamillik və zənginlik ki, təsəvvürdən çox yüksəkdə dayanır. Hər şeyi ağlı ilə dərk etmək istəyən insan bu həqiqətin qarşısında sadəcə heyrətdə qalır. Hər şey düşünülmüş, hər şey ölçülmüş. Özü də ilahi bir qüdrətlə. Bu yaradılış həqiqətini Qurani-Kərim bizə belə bəyan edir: «Biz insanı gözəl bir şəkildə xəlq etdik». Görən nə idi bu gözəllik? Təkcə fiziki quruluşumuzmu, yoxsa onun ruhumuzla olan vəhdətindən əmələ gələn harmoniyamı? İstər-istəməz bu suallar Allahın yerdəki xəlifəsinin niyə məhz insan olduğunu araşdırmağa gətirib çıxarır. Bu isə özlüyündə insanı özünüdərkə, mütləq ucalığı tanımağa səbəb olur. Tanımaq isə, əlbəttə, insana o uca məqamı təsdiq etməyi öyrədir. Yəni, insan gördükləri və görüb dərk etməklə yanaşı, dərk edə bilmədiklərini Allah qüdrətinin içində tapır və sonunda: «Ya Rəbbim, sən həqiqətən hər şeyə qadirsən» - deyir. Dediyimizə təsdiq də elə budur. Söz açdığımız təsdiqin özü bir yönəlmədir. Buradakı yönəlmə insanı fitrətinə qaytarır, ondan dolayısı ilə Yaradanına sevgini öyrədir. Bildiyimiz kimi, insanlığın fitrətində Quranın bizə çatdırdığı bir şey var: «Allah bütün ruhları yaradıb, onlara xitab etdi: Mən sizin Rəbbiniz deyiləmmi? Ruhlar dedilər: Bəli!» Unutmaq olmaz ki, bu təsdiq ruhumuzun təməl daşı olan İlahi sevgi idi! O ilahi sevgi ki, bizim bəşəri sevgilər onun üzərində bərqərar olmuşdur. Bəs sevgi özü nədir? «Sevgi kamilliyə aparan yoldur» - deyib ulularımız. Çünki Allahın insan üçün qoyduğu bütün qanunlar onun kamilləşməsinə xidmət edir. «Sevgi insanı doğru yola yönəldir». Necə ki, sevən insanlar gündə dəfələrlə deyirlər: «Allahım, bizi doğru yola yönəlt». Bu həqiqət yolu Allaha bağlılıqdan, Ona qayıtmaqdan keçir. Axı, bütün həqiqətlərin əzəlində bir Allah var! Bu sevginin maraqlı cəhətlərindən biri də odur ki, Xaliq öz məxluqunu qorxudur. «Qorx Allahdan!» - deyir. Sual doğa bilər ki, sevgi olan yerdə qorxumu olar? Əslində, Allah insanı sevdiyi üçün qorxudur, ona həqiqət yolunu göstərir. Cənnət və Cəhənnəmdən danışır. Görən nədir bu qorxu, bu xof? Bu qorxu heç də Cənnətdən ayrı qalmaq, Cəhənnəm atəşində yanmaq qorxusu deyil. Sevdiyinin (Allahın) özünə (insana) olan sevgisini itirmək qorxusudur. İmam Əli (ə) buyurur: «Ya Rəbbim, mən Sənin cənnətinin sevgisindən, cəhənnəminin qorxusundan deyil, sənin bu sevgiyə layiq olduğunu dərk etdiyim üçün sənə ibadət etdim». Burada məsələnin ikinci tərəfi diqqəti çəkir ki, bu da Allahın insana bir seçim verməsidir. Uca Yaradan məhz buna görə Cənnət-Cəhənnəmdən danışır, sevgi və qəzəbi göz önünə gətirir. Təsəvvür edin, Allah yaratdığı başqa varlıqlara şüur vermədiyi kimi, seçim də verməyib. Bu da, insana verilən önəm və diqqətin nə qədər böyük olduğunu göstərir. Görün, Allah insanı nə qədər sevir ki, hər şeydə seçimi onun öz öhdəsinə buraxır. Amma, insan seçiminin nəticələrini qabaqcadan bildirərək: «Bəzi insanlar mələk kimidir, nəinki mələk, hətta mələkdən də üstündür». Sevgidən doğan bu seçimin özündə bir ehtiyat da vardır. Çünki Allah sevgisi ilə dolan könüllər daima «Görən Allah razıdırmı?» sualı ilə üz-üzə dayanır. Bu da insanın cəmiyyətə daha normal şəkildə xidmət etməsinə gətirib çıxarır. Bu sevgidən doğan seçimin nəticəsidir! İlahi sevgi həm də əxlaq meyarı, tərbiyə metodudur. Bu sevgi bizə ata-anamızı, yaxınlarımızı, əzizlərimizi, millətimizi, vətənimizi sevməyi öyrədir. Sevənlər, Allahı sevdiyin kimi onun sevdiklərini də sevin! Çünki, bizi bir-birimizə bağlayan və bəşəriyyəti xilas edəcək yalnız Allah sevgisidir!

 

QERIBLER UCHUN

 NICAT_308
Category: Sevgi | Views: 571 | Added by: Nicat_308 | Rating: 5.0/1
Total comments: 8
2009-06-25 Spam
8. FERID (FERID) ]

cox saqol.Ilahiye inam,sevgi biz bendelerin yawama sebebidi..... smile

2009-04-24 Spam
7. nazimi (clumsy) ]

Allahim Sən bizi sevdiyin qədər biz də Səni sevə bilsəydik kaş ki.amma həmişəki kimi naşükür və görən korlarıq sad

2009-04-23 Spam
6. Александр Буйвал (bizon-edik) ]

Интересная тема, Спасибо!

2009-04-23 Spam
5. Федор Мушкин (fedor-mushkin) ]

Спасибо, интересно было прочитать.

2009-04-22 Spam
4. Кузьма Анатольев (tolyan0) ]

Отлично написано! Буду много думать

2009-04-18 Spam
3. Spartak (psiko_turanci) ]

Allah razı olsun yaxşı idi.

2009-04-18 Spam
2. Shahnaz (Cimcime) ]

Çox sağ ol.Əla yazı idi.

2009-04-18 Spam
1. nazimi (clumsy) ]

NICAT_308 tesekkurler.eladi.en gozel sevgi mehz Ilahi sevgidi

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016