Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 03.58MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Mart » 23 » COKONDANIN SİRRİ
COKONDANIN SİRRİ
19.16
COKONDANIN SİRRİ

 

 

 

İnsanlar uzun illərdən bəri bu portretdə hansısa sirrin gizləndiyini güman edirlər. Leonardo da Vinçi yaradıcılıgının ən səmərəli 1502-1506 illərində Françesko del Cokondanın həyat yoldaşı olan Mona Liza illər sonra sadəcə Cokonda adlandırılmışdı. Bu şərti ad ona görə verilmişdir ki, bir çoxlarında portretdə qadın deyil, kişi təsvir olunması şübhələri yaranmışdır. Əsərin sifarişçisinə təhvil verilməməsi də insanlarda qipotezaların yaranmasına gətirib çıxartmışdır. Maraqlananlar ilk olaraq portretdə kimin təsvir olunmasını aydınlaşdırmaga çalışırlar. Amerkan araşdırmaçıları portretdə da Vinçinin özünün əks olundugunu iddia edirlər. Onlar xüsusi kompüter proqramı vasitəsi ilə da Vinçinin portreti ilə Cokondanın eyniləşdirməsindən belə bir nəticəyə gəldiklərini vurgulayırlar. Digər araşdırmaçılar isə da Vinçinin digər əsərləri, o dövrün qadınları ilə portreti uygunlaşdırıb oxşarlıq tapmaga çalışırlar. Cokondanın sirrini aşkarlamaq üçün da Vinçinin bioqrafiyasından 2 qəribə faktı unutmamalıdırlar: 1.Leonardo öz şəkilini (avtoportretini) çəkməmışdi. O öz görkəmini sevmirdi. 2. Leonardo ailəli olmamışdır. Onun kimisə sevməsi (V.Moro_nun məşuqəsi Çeçilii Qalleriniyə olan plotonik hisslərini çıxmaq şərti ilə) haqqında heç nə deyilməmışdir. Niyə Leonardo heç bir qadını sevmirdi? Araşdırmaçılar onun uşaqlıq illərinə, ailəsinə nəzər salaraq belə bir nəticəyə gəlmişlər: Leo anadan olan kimi ata babsı onun atasını anası Katerinadan ayırıb digəri ilə evləndirmişdir. Gözəl və aldadılmış Katerinanı isə Pero del Vakka adlı gənclə evləndirməklə bir növ vicdanını sakitləşdirmişdi. Leonardo 5 yaşı olanda bir qadının davamlı onu izləməsini hiss etmişdir.Onda bir növ edipova kompleksləri yaranmışdir. Leonardo böyüdükdə bu kompleks tam olmasa hissəvi qalmışdır. Onun fikrində uşaqlıq illərindən gözəl kənd qızının obrazı möhürlənmişdir. Hətta o, Katerinanını dogma anası oldugunu biləndə belə Katerina onun üçün gözəl bir qadın olmuşdur və o öz anasına aşıq olmuşdur. Leonardo qeydlərində yazırdı: “Katerina 16 iyul 1493-cü ildə gəldi. O inadla onu ana deyə adlandırmadı.” Da Vinçi zahirən anasına çox bənzəyirdi. Elə bu səbəbdən də o heç vaxt öz avtoportretini yaratmamış və heç bir qadını sevməmışdi. Öz avtoportretini çəkmək istəyəndə kətan üzərində kişi qiyafəsində anasının üz cizgiləri canlanırdı. Və bunu nəzərə alsaq Leo üçün bunun nə demək oldugunu, necə çətin oldugunu başa asandı.

 

 

 

 

Və çox güman ki Mona Liza Qerardinin zahirən Katerinaya bənzərliyi olmuşdur. Leo bilərəkdən Françesko del Cokonda ilə tanışlıq edib həyat yoldaşının portretini çəkməyi təklif etmışdir. Həmin vaxt yenicə vəfat etmış qızının ölümündən sonra özünə gəlməmiş Mona Liza kədərlə gülümsünə bilmişdi.

 


 

Həmin o kədərli təbəssüm də o zaman da Vinçinin artıq dünyasını dəyişmiş anasının uşaqlıq illərində onu izləyərkən üzündəki təbəssümü xatırlatmışdı. Leonardo bu portret üzərində 4 il işləmış və onu tamamlamamışdı. Və beləliklə Cokonda – Mona Liza simasında Katerinadı.

 

 

 

4 uzun il ərzində 10.000 saat əlində lupa ilə da Vinçi 1/20-1/40 mm boya ilə bu şedevri yaratmışdı. Portret hazır olanda orqinalla fərqlı cizgiləri oldugunu görənlər bunu avtorun bədii təxayülünün məhsulu adlandıraraq həyat yoldaşı Françesko del Cokondadan başqa oxşarlıq oldugunu qəbul etmışdir. Təkcə Françesko del Cokondada anlamışdır ki portretdə həyat yoldaşı əks olunmayıb, amma o təxmin etməmişdir ki, bu Katerinadır. Elə kompüter proqramı vasitəsilə analiz edilmiş oxşarlıgın səbəi də budur. Şəkili çəkib qurtaran kimi Leonardo Florensiyanı tərk etmışdi. Və yalnız onun üçün mühüm dəyəri olan portreti də özü ilə aparmışdı. 16 il boyu - ömrünün sonuna kimi portreti qoruyub saxlayaraq heç kimə göstərməmişdir.

 


 

Bir fakt da var ki, portretin fonunu da Vinçi Florensiyanı tərk etdikdən sonra çəkmışdi. Bu dag peyzajı idi. Və bu daglar da Katerinanın dogulub yaşadıgı daglara çox bənzəyirdi. Bu daglar Katerinanın anadan oldugu yer, onun dünyası idi.

 

 DAHİ VƏ SİRLİ LEONARDO DA VİNÇİ “COKONDA”_NIN SİRRİNİ DƏRİN GİZLƏTMIŞDİ.

 

Tərcümə etdi və hazırladı: Mehriban Pərviz qızı
Category: Maraqli və Lazımlı | Views: 1147 | Added by: mehriban-p | Rating: 5.0/1
Total comments: 1
2009-03-23
1. Ziba (greyish) [Giriş ]

maraqlidi, bu da bir ferziyyedi

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024