Rəsulzadənin yazdığı və imzaladığı kitab tapılıb. - 10 March 2009 - Azərbaycanın elmi nəzəri və təcrübi ən böyük forumu !!!
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [44]
Şəkillər [137]
Musiqi [58]
Videolar [5]
Məşhurlar [147]
Sevgi [36]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
İstifadəçi adı:
Şifrə:
Məni xatırla 
News calendar
«  Mart 2009  »
b.b.e.ç.ax.çər.c.ax.cüm.ş.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Search
Site friends
Tag Board
Our poll
Hansi ideologiyanı üstün tutursunuz?
1. İdealizm
2. Materyalizm
3. Pozitivizm
4. Naturalizm
5. Pragmatizm
6. Spritualizm
Tam səslər: 118


Cəmi online: 10
Qonaq: 9
İstifadəçi: 1
miracle238
Cümə axşamı, 2009-11-26, 11.25MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Mart » 10 » Rəsulzadənin yazdığı və imzaladığı kitab tapılıb.
Rəsulzadənin yazdığı və imzaladığı kitab tapılıb.
15.10
ABŞ-ın Los-Anceles Universitetinin kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yazdığı və üzərində şəxsi imzası olan kitab tapılıb.

APA-nın ABŞ bürosunun xəbərinə görə, kitabı Los-Anceles Universitetinin müəllimi, azərbaycanlı tarixçi Altay Göyüşov təsadüfən aşkarlayıb. O, universitetin Young Kitabxanasında axtardığı başqa bir kitabı götürməyə gedərkən həmin kitabın yanında M. Ə. Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» kitabını görüb.

Kitab ərəb əlifbası ilə yazıldığına görə kitabxananın kataloquna salınmayıb. A. Göyüşov bildirib ki, M. Ə. Rəsulzadə müəllif olduğu kitabın üzərinə ərəb əlifbası ilə bu sözləri həkk edib: «Berlinin Qafqaz Cəmiyyətinə hədiyyə. 1924-cü il, İstanbul. Sabiq Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə».

A.Göyüşov «Azərbaycan Cümhuriyyəti» kitabında intibah dövrünə aid Azərbaycan ziyalıları barədə məlumat verildiyini deyib. O, kitabda Zəngəzur da daxil olmaqla, Azərbaycanın 1918-1920-ci illərə aid rəsmi xəritəsinin təsvirinin olunduğunu söyləyib.
Category: Yeni Xəbərlər | Views: 145 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 1
2009-03-11
1. Emil (ESE) ]

Baş əyirəm o Dühanın qarşısında...

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2009