Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2017-10-23, 06.36MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Fevral » 24 » İngilis qız islamı seçdi.
İngilis qız islamı seçdi.
13.26

İngiltərədən olan balaca qız Corciya da fitrən İslamla şərəflənənlərdəndir. Belə ki, beş yaşı heç tamam olmamış balaca Corciya ərəb hərfləri ilə danışmış və Allahın adını çəkməklə müsəlman olduğunu bildirmişdir. Corciyanın müsəlman olması hadisəsi hər bir yönü ilə olduqca qəribə hadisədir.

Uşağın anası olan və özünün müsəlman olmasını şəxsən elan etdikdən sonra adını Samirə kimi dəyişdirən Samanta olanlar barəsində belə danışır:

"Övladımın başına gələnlər əfsanəyə bənzəyir. Mağazaların birindən Corciya üçün şokolad almışdım. Üzərində ərəbcə nə isə yazılmışdı. Başa düşmürdüm. Qızım bu hərflər barəsində soruşdu. Başa düşmədiyimdən cavab verə bilmədim. Bundan sonra o, hər gün bu hərflər və onların kimlər tərəfindən yazıldığını soruşurdu. Mən isə ətraflı məlumata sahib olmadığımdan yalnız ona deyirdim ki, bu yazılar ərəblərə aiddir, onlar terrorçudurlar və günahsız insanların ölümünə bais olurlar. Ancaq bütün bu "nağıllar" ona "fayda" vermədi. O, hamıya israrla bildirirdi ki, mənim onun beş yaşı olması münasibəti ilə aldığım paltarlarla birlikdə pulsuz verilən kitabı ona versinlər. Bu, kiçik qızlar namaza təşviq etmək üçün müsəlmanların müqəddəs hesab etdikləri Quran idi ki, onu da müsəlmanlar namaz geyimi alanlara pulsuz paylayırdılar.

Bir dəfə Londonun yaxınlığındakı Kont rayonundakı evimizdə yanğın baş verdi. Qurandan savayı hər şey yanmışdı. O gündən atam hamıdan tələb etməyə başladı ki, Corciyanı məzəmmətləməkdən əl çəksinlər. Çünki atama görə, baş verənlər həqiqi möcüzə olub möcüzələr dövrünün hələ bitmədiyini göstərirdi.

Qəribəsi bu idi ki, Corciya Quranı alan hər bir kəsə hədiyyə olaraq pulsuz verilən namaz paltarlarını geyinərək namaz qılmağa başlamışdı. Mən fikirləşirdim ki, ona namazı kimsə öyrədib. Ancaq sonra aydın oldu ki, heç kəs ona namazı öyrətməyib. Həmçinin, bizim yaşadığımız şəhərdə heç bir müsəlman yaşamır və bir dənə də olsun məscid yoxdur. Qızımın oxuduğu "Hadlo" məktəbinə də gedib orada heç bir müsəlmanın oxumadığına əmin oldum.

 

Qızıma baş verənlər məni internetdə İslam barədə məlumatlar əldə etməyə sövq etdi. Olduqca təsirli, ciddi və mühüm məlumatları oxudum. Qızıma üz verənlər həyatımda mühüm bir qərarı verməyə – İslamı seçməyə və bu dinə doğru şəkildə riayət etməyə sövq etdi. Qızımla Londondakı mərkəzi məscidə getdik. Orada Dr. Mənsur Maliklə görüşdüm. O, mənə çoxlu kitab və dini material verdi. O, birbaşa olaraq məni hansısa bir dini ayini etməyə sövq etmədi, tədricən işə başladı. Orada qızım kəlmeyi-şəhadəti dilinə gətirdi və ona Cəmilə adını verdilər. Mən də şəhadət gətirdim və Samirə adını qəbul etdim.

 

İslamı qəbul etməyimə peşman deyildim və bundan dolayı heç bir qorxu hissi keçirmədim, heç bir çətinliklə üzləşmədim. Düzdür, bəziləri bunu heyrətlə qarşıladı və hətta rəfiqələrimdən biri məndən soruşdu ki, bizə nə olub? Yoldaşım isə müsəlman olduğum üçün məndən ayrıldı. 13 yaşlı oğlum Yakob və 10 yaşlı qızım Meyqan isə baş verənlərə görə narahat deyildilər, mənə və balaca bacılarına dəstək verdilər".

 

Samirə bildirir ki, müsəlman olmaqdan əvvəlki həyatı əyləncəli və günahlarla dolu bir həyat idi. İndi isə o rahatdır, həyatı sakit və xatircəmdir.

Müsəlmanlar da onların İslamı seçmələri qarşısında fəaliyyətsiz qalmayıblar. Samirə deyir ki, "Onlar bizə müqəddəs ərazilərə, məscidlərə getməyimiz üçün kömək etdilər. BƏƏ-yə gəldiyimdə bizi müsəlman bir ailə qarşıladı və mən onlarda qalmaqla müsəlman həyat tərzi ilə yaxından tanış oluram. Həmçinin, Dubay Vəqf İdarəsi bizim ümrə ziyarətini yerinə yetirməyimiz üçün hər bir şəraiti yaradıb. Yeni Müsəlman Qadınlar bölməsinin sədri xanım İman əl-Haşimi qızımın ya Dubayda, ya da İngiltərədəki müsəlman məktəblərinin birində təhsil almasını təklif edib. O, qızımla əlaqədar baş verənləri möcüzə adlandıraraq bildirib ki, bu, Uca Allahın qızıma hədiyyəsidir".
Category: Yeni Xəbərlər | Views: 466 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 3
2009-07-26 Spam
3. FERID (FERID) ]

mence teeccublu bi wey yoxdu.Islam dinini yalniz 5yawli qizcigaz yox butun xristianlar qebul etmelidirler smile

2009-02-25 Spam
2. Ziba (greyish) ]

qeribedi wink

2009-02-24 Spam
1. QƏRİBLƏRİN YALNIZ MƏLƏYİ (DuYqU) ]

5 yashinda qiz?

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017