Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 19.07MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Yanvar » 22 » Mahnılarının qiymətlərini qaldıran bəstəkarların siyahısı
Mahnılarının qiymətlərini qaldıran bəstəkarların siyahısı
19.16
Yerli bəstəkarların mahnıları hansı qiymətə satması əvvəllər müğənni ilə bəstəkar arasında gizli saxlanılırdısa, son zamanlar bu, açıq-aşkar mətbuata da sızmağa başlayıb. Ulduzlarımıza necə, həmin qiymətlər sərf edirmi? Bu məbləğ onlar tərəfindən ödəniləcəkmi? «Sarı» bəzi bəstəkarların bir mahnı üçün aldıqları qonorarları açıqlayıb.

Eldar Mansurov - 2500-5000 manat
Faiq Sücəddinov - 2000-2500 manat
Gövhər Həsənzadə - 4000-6000 manat
Nailə Mirməmmədli - 2500-4000 manat
Vüqar Camalzadə - 2000-5000 manat
Elçin İmanov - 1500-3500 manat
Nadir Əzimov - 1500-2500 manat
Xanım İsmayılqızı - 1500-2500 manat
Tahir Əkbər - 1000-2000 manat
İsa Məlikov - 3000-5000 manat
Tunar - 1500-2500 manat
Ramal - 2000-4000 manat
Vüsalə İlyasova - 1500-3500 manat

Eyyub Yaqubov: ««Yağış» mahnısına görə Aygün Səmədzadəyə150 dollar vermişəm»
- Sənətə yeni başlayanda bəstəkarlara mahnıya görə pul ödəyirdim; məsələn, Aygün Səmədzadənin «Yağış», Nadir Əzimovun isə «Mənə dəniz verin» mahnılarına görə 150 dollar pul vermişəm. Amma hazırda mahnıya görə bəstəkara heç nə vermirəm.

Aybəniz Haşımova: «Mahnının üstündə biznes qurmaq düzgün deyil»
- Mən heç vaxt bəstəkara mahnıya görə pul ödəməmişəm. 30 ildir sənətdəyəm, mahnının indi-indi pulla satıldığını görürəm. Mahnının üstündə biznes qurmaq düzgün deyil. Mahnı, məncə, sənət xətrinə yazılmalıdır. Əfsuslar olsun ki, bəstəkar adı altında gizlənən və belə şeylərlə alver edənlər dediklərimə riayət etmirlər.

Xatirə İslam: «Xanım İsmayılqızı 1 mahnıya 3000 manat alır»
- Yeni sənətə başlayanda bir çox bəstəkarlar məndən mahnıya görə pul alırdılar. Elə indinin özündə də istəyirlər. Bir neçə il bundan qabaq Xanım İsmayılqızı mənə 1 mahnıya görə 1000 dollar pul aldı. Daha sonra prezidentə ünvanlanmış mahnı bəstələməyi xahiş edəndə məndən həmin mahnıya görə 3000 manat pul istədi. Ən əlçatmaz bəstəkar Gövhər Həsənzadə hesab edilir. Amma o, heç vaxt məndən mahnıya görə pul götürməyib.

Elnarə: «Həmin bəstəkarlardan mahnını 500 manata alıram»
- Əvvəllər adı siyahıda olan bəstəkarların 80 faizindən mahnını pulla alırdım. Qiymətlərin qalxmasına baxmayaraq, bəstəkarlara mahnıya görə 5 il bundan əvvəlki qonorarı ödəyirəm - 300-500 manata qədər. Təbii, aramızda o qədər dostluq yaranıb ki, hərdən mahnını hədiyyə belə edirlər. Məncə, bu yeni qiymətlər sənətə yeni başlayan ifaçılar üçün nəzərdə tutulub.

Category: Yeni Xəbərlər | Views: 755 | Added by: NEON | Rating: 0.0/0
Total comments: 3
2009-01-23
3. Xudaverdi.M (psiko_turanci) [Giriş ]

Alan dfa verende qarşılıqlı pul qazanırlar.Şou-Biznes ticarete dönüşüb artıq.

2009-01-23
2. feride (angel_1) [Giriş ]

mugennilerimiz deyirler ki,bestekarlar pul almasin.bes nece yasasinlar?onda bele bir sual ortaya cixir.o zaman mugennilerimiz de ifa etdikleri mahniya gore pul istemesinler de.senet xetrine oxusunlar

2009-01-22
1. gulnar (clumsy) [Giriş ]

xaricə 50000-di ee smile bəstəkər mahnıdan pul almasın,acından ölsə də olar,yada gedib "bizneslə" məşğul olsun? angry rəssam əsərlərini satanda olur,bəstəkər satanda yox?

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024