Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 17.47MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Yanvar » 2 » Ermənistan növbəti dəfə beynəlxalq qanunvericiliyi kobud şəkildə pozub.
Ermənistan növbəti dəfə beynəlxalq qanunvericiliyi kobud şəkildə pozub.
17.22
 



 


Xəbər verildiyi kimi, Ermənistanda əsir olan 19 yaşlı soydaşımız Rafiq Həsənov bir neçə gün öncə Ermənistan televiziyalarının birinə çxarılaraq, ölkəmizin əleyhinə danışdırılıb. Qeyd edək ki, Rafiq Həsənovun televiziya çıxışı barədə informasiyanı “Novosti Armeniya” agentliyi yayıb. Məlumata görə, Rafiq Həsənov çıxışında Azərbaycan Ordusunda hərbi xidmət keçən zaman təhqir və alçaldıcı hərəkətlərə məruz qaldığını, Azərbaycana qayıtmayacağını, Ermənistanda qalmaq istədiyini deyib.
Erməni tərəfi isə Rafiq Həsənovun guya BQXK nümayəndələrinin köməyi ilə televiziyaya çıxarıldığını bildirib. Ermənistan tərəfinin bu addımına münasibət açıqlayan BQXK-nın Azərbaycan nümayəndəliyinin rəsmisi Gülnaz Quliyeva: “Beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyası saxlanılan şəxsi qorumağı tövsiyə etməklə yanaşı, həmin şəxsə qarşı ictimaiyyətin marağını süni surətdə artırmağı qadağan edir. BQXK ermənilərin bu addımını pisləyir”,-deyib.
G. Quliyeva bəzi erməni mətbuat orqanlarında Rafiq Həsənovun guya BQXK nümayəndələrinin köməyi ilə televiziyaya çıxarılması barədə yayılan məlumatları da əsassız adlandırıb.
Xatırladaq ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu Qazax rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyada olan polkovnik-leytenant Üzeyir Cəfərov azərbaycanlı hərbi əsirin fiziki zorakılıq tətbiq edilməklə televiziya qarşısına çıxarılmasının beynəlxalq hüquq normalarına və Cenevrə konvensiyasına zidd olduğunu söylədi. Ermənilərin beynəlxalq hüquq normalarını kobud şəkildə tapdaladığını və bu zaman hətta faşistlərin belə əl atmadığı iyrənc üsullara əl atdığını deyən hərbi ekspert baş verən hadisələrdə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in günahı olduğunu vurğuladı. Onun sözlərinə görə, beynəlxalq təşkilatların ermənilərin nazı ilə oynamaları onların istər əsirlərə, istərsə də mülki şəxslərə münasibətdə qeyri-insani vəhşiliklərə əl atmalarına gətirib çıxarıb.
Category: Yeni Xəbərlər | Views: 596 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 1
2009-01-03
1. Xudaverdi.M (psiko_turanci) [Giriş ]

Ermeniler ne vaxt düz danışıblarki.

Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024